Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna müxtəlif təşkilatlar, fiziki və hüquqi şəxslər tərəfindən könüllü ianələr edilir.

Ədliyyə Nazirliyinin rəhbərliyi və kollektivi bu istiqamətdə həyata keçirilən tədbirlərə dəstək göstərilməsi təşəbbüsünə qoşularaq Koronavirusla Mübarizəyə Dəstək Fonduna əmək haqlarından 870 min manat məbləğində vəsaitin köçürülməsi qərara alınıb.

Bu barədə AZƏRTAC-a Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ədliyyə işçiləri koronavirusla mübarizədə dövlətimiz və xalqımızla həmrəy olduğunu bəyan edirlər.

336 Baxış
12180cookie-checkƏdliyyə Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir