Əli Əhmədov İlham Əliyevin ad gününü təbrik etdi

Əli Əhmədov İlham Əliyevin ad gününü təbrik etdi

Əli Əhmədov İlham Əliyevin ad gününü təbrik etdi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Təhsilin inkişaf strategiyası: Nailiyyətlər və əsas hədəflər” mövzusunda konfrans keçirilib.
Sonxeber.az xəbər verir ki, konfransda çıxış edən YAP icra katibi, sədr müavini Əli Əhmədov dekabrın 23-də bələdiyyə seçkilərinin keçirildiyini, YAP-nın da seçkilərdə namizədləri ilə iştirak etdiyini söyləyib.

Ə. Əhmədov deyib ki, Mərkəzi Seçki Komissiyasının açıqladığı ilkin nəticələrə və partiyanın müşahidəçilərinin verdiyi məlumatlara əsasən YAP-ın namizədlərinin əksəriyyəti yenidən bələdiyyələrdə təmsil olunmaq üçün mandat əldə edəcəklər: “Mən YAP və YAP-ın namizədlərini əldə etdikləri qələbə münasibəti ilə təbrik etmək istəyirəm”.

loading…

YAP icra katibi qeyd edib ki, xalqlar yalnız elm və təhsil sayəsində inkişafa nail ola biliblər: “Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, insan kapitalının inkişaf etdirilməsi həyata keçirilən siyasətin qayəsini təşkil edir. Son illər təhsilin inkişafı ilə böyüek layihələr həyata keçirilib, məktəblər tikilib, təhsçilin məzmununun yüksəldilməsi istiqamətində addımlar atılıb. Biz inanırıq ki, təhsilin inkişafı iqtisadiyyatın inkişafının əsasını təşkil edəcəek. İnanıram ki, təhsil işçiləri bu sahədə səylərini əsirgəməyəcəklər”.

Ə. Əhmədov nəzərə çatdırıb ki, konfransın keçirilməsinin təsadüf etdiyi 24 dekabr həm də Prezident İlham Əliyevin doğum günüdür: “Azərbaycanın inikşafı, iqtisadi uğurlar, bu sahədə sosial layihələr həyata keçirilməsi, Azərbaycanın dünyada müasir imicinin, insanlarda gələcəyə ümid formalaşması, ordunun gücləndirilməsi və digər nailiyyətlər Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini həyata keçirməsinin real təzahürüdür. İnsanlar aydın dərk edirlər ki, Azərbaycanın gələcəyi Heydər Əliyev siyasəti və Prezident İlhaim Əliyevin bu siyasəti uğurla həyata keçirməsi ilə bağlıdır. Ona görə də insanlar Prezident İlham Əliyevi sevirlər. Mən Prezident İlham Əliyevi konfrans iştirakçıları adından təbrik edir, ona yeni-yeni uğurlar arzulayıram. Xalqımız xoşbəxtdir ki, onun Prezident İlham Əliyev kimi lideri var. YAP da xoşbəxtdir ki, onun İlham Əliyev kimi sədri var”.


313 Baxış
110cookie-checkƏli Əhmədov İlham Əliyevin ad gününü təbrik etdi
Paylaş

Hafiz

Saytın sahibi və yaradıcısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Bakıda "Toyota"ya çırpılan "Mercedes" yandı - VİDEO

Ça Dek 24 , 2019
313 Baxış Like224 Dislike28 1100cookie-checkƏli Əhmədov İlham Əliyevin ad gününü təbrik etdiyes Paylaş