Hindistanda 27 yaşlı Surac həyat yoldaşı Utranın yatağına kobra ilanını ataraq öldürüb.

Ər arvadını yatağına kobra ataraq öldürdü - FOTO

Nurmedia.info.az BiG.AZ– a istinadən verdiyi xəbərə görə, bu barədə yerli Malayala Manorama” qəzeti yazır.

Polisin bildirdiyinə əsasən, bu, artıq ərin ikinci cəhdidir.

Belə ki, Surac daha öncə də (martın 2-də) qadının yatağına ilan atıb. Lakin həmin vaxt təxminən iki ay xəstəxanada müalicə alan qadın sağ qalaraq, ata evinə köçüb. Mayın 7-də yoldaşının evində qalan ər Utra yuxuda olarkən yatağına kobra atıb. Bu dəfə onu xilas etmək mümkün olmayıb.

Ər arvadını yatağına kobra ataraq öldürdü - FOTO

Bir neçə gün sonra Surac Utranın sərvətini ələ keçirmək istədikdə, qızın valideynləri ondan şübhələnib. İstintaq zamanı Suracın ilan sahibləri ilə telefon danışıqları ortaya çıxıb və onun internetdə ilanlar barədə videoları izlədiyi məlum olub.

Qeyd olunur ki, Utra varlı bir ailədə doğulub, onun özəl bank işçisi ərinin isə pula ehtiyacı olub.

Polisin bildirdiyinə görə, nikah zamanı qizin ailəsi Suraca yüzə yaxın qızıl sikkə, yeni avtomobil və yarım milyon rupi hədiyyə edib. Ər boşandığı surətdə “cehizi” geri qaytarmalı olduğundan qorxduğu üçün arvadını öldürmək qərarına gəlb.

Surac və ona ilan satan Sureş həbs olunublar. Faktla bağlı istintaq aparılır.

Ər arvadını yatağına kobra ataraq öldürdü - FOTO
253 Baxış
17570cookie-checkƏr arvadını yatağına kobra ataraq öldürdü – FOTO
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir