Home>>MAQAZİN>>Ərindən qaçıb başqası ilə yatdı – Sevgi romanında baş verənlər
MAQAZİNSon xəbər

Ərindən qaçıb başqası ilə yatdı – Sevgi romanında baş verənlər

Ötən gün təqdim olunan “Sevgi romanı” filmi müzakirələrə səbəb olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, buna səbəb isə ekran işinin süjet xətti və səhnələri olub.

Ana xəttin xəyanət olduğu serialda baş rolları Oksana Rəsulova, Şəhriyar Əbilov, Azər Aydəmir və Zümrüd Bədəlova canlandırıb.

Filmin ilk kadrlarında qadına şiddət olunan səhnələr nümayiş etdirilib. Oksana onun həyat yoldaşını canlandıran A.Aydəmir tərəfindən döyülür və həmin gecə onu öldürmək istəyən ərindən qaçır.

Yolda Eldarla qarşılaşır (Şəhriyar Əbilov) və onunla rayonların birinə yollanır. Kənd evlərinin birində yeni tanış olduğu oğlanla vaxt keçirən və ərindən gizlənən obraz evli ikən həyat yoldaşına xəyanət etmiş olur. Cütlüyün yaxınlaşdığı səhnələr isə filmdə öz əksini tapıb.

Həmçinin, ekran işindəki dava səhnələri də müzakirə olunanlar sırasındadır. A.Aydəmir və Ş.Əbilovun meşəlik ərazidəki əlbəyaxa olduğu kadrlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Diqqət çəkən digər səhnə isə Z.Bədəlova və A.Aydəmirin görüntüləridir. Sənətçilər sözügedən səhnədə yataqda hamam xalatında görünürlər.

Qeyd edək ki, filmin baş prodüseri Oksana Rəsulova, ideya müəllifi İsmayıl Bağırov, quruluşçu rejissoru Vüsal Hacıqədir, ssenari müəllifi isə Azər Aydəmirdir.

392 Baxış
6420cookie-checkƏrindən qaçıb başqası ilə yatdı – Sevgi romanında baş verənlər
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir