Home>>Maraqlı>>Ərini xəyanət üstündə tutan qadın ona bağışladığı böyrəyini geri istəyir
MaraqlıSon xəbərTurk

Ərini xəyanət üstündə tutan qadın ona bağışladığı böyrəyini geri istəyir

Türkiyə vətəndaşı Maviş Ərdoğan həyat yoldaşına bağışladığı böyrəyini geri istəyir.

“Ahvalnews” agentliyi xəbər verir ki, həyat yoldaşı Əhməd Ərdoğanı xəyanət üstündə tutan qadın onun həyatını xilas etmək üçün verdiyi böyrəyinin geri qaytarılmasını tələb edir.

Cütlük 2006-cı ildə nikaha daxil olub. Üç ildən sonra qadın bir böyrəyini həyat yoldaşına bağışlayaraq onun həyatını xilas edib.

Türkiyə qanunvericiliyinə əsasən, donor əməliyyat bitəndən sonra bağışladığı bədən əzaları üzərində olan hüquqlarından məhrum olur. Əməliyyatdan əvvəl donorlar orqanlarını qeyd-şərtsiz verdiklərini təsdiq edən sənədə imza atırlar.

539 Baxış
6080cookie-checkƏrini xəyanət üstündə tutan qadın ona bağışladığı böyrəyini geri istəyir
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir