19 yaşlı özbəkistanlı qız 24 yaşlı azərbaycanlı sevgilisinə qoşulub qaçıb.

Sonxeber.az xəbər verir ki, bunu Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi “Səni axtarıram” verlişinə müraciət edən özbək qadın Nərgizə bildirib.

O, qeyd edib ki, 2001-ci il təvvəlüdlü qızı Mədinə Seyfədinova 3 gündür ki, yoxa çıxıb: “2 ay öncə eyni formada İstanbuldan qaçmışdı. Burada qızım salonda işləyirdi. Pərvin İsmayılova adlı azərbaycanlı qadın qızımı qardaşı Ayxanla tanış edib. Qadın qızıma “səni qardaşıma alacam” deyirdi. Mənim qızımı aldadıb Azərbaycana qaçmasına kömək ediblər. Mən də polisə müraciət etdim. Noyabr ayında qızımı Azərbaycandan tapdıq. Ayxanın əmisinin evindən qızımı götürdüm. Məcbur olub onlara dedim ki, gəlin, qızımı adət-ənənə ilə istəyin. Evlənməklərinə maneə olmayacam. Onlar dedi ki, pulumuz yoxdur. Mən də dedim bacın Türkiyədə yaşayır. Oğlan heç bir yerdə işləmir. Onlardan heç bir səs çıxmayınca, qızımı Özbəkistana göndərdim. Oğlana evlənməyə hazır olmadığını dedim və qızımı unutmasını istədim. Qızım Özbəksitandan 4 gündür yoxa çıxıb. Ayxanın bacısının evinə gedib, qardaşından Mədinənin yerini öyrənməsini söylədim. Mənə yalandan bilmədiklərini dedilər. Sizə yalvarıram, qızımı tapın. Mən bu ailəyə heç vaxt qızımı vermərəm”.

438 Baxış
5860cookie-check19 yaşlı özbək qız azərbaycanlı sevgilisi ilə qaçdı – Efirdə QALMAQAL
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir