loading…

Venesuelanın Marakay şəhərində Matias Salazar adlı kişinin 49 yaşlı Morellanı 31 il ərzində bir evdə dustaq saxladığı məlum olub. Bu barədə “HaberGlobal” xəbər yayıb.

Maraqlıdır ki, kişi Morellanı əsir saxladığı yerin qonşuluğunda sevgilisi və qızı ilə yaşayıb.
On illərlə qaranlıq otaqda yaşayan qadının pəncərədən baxmaq imkanı belə olmayıb. O, ancaq radioya qulaq asıb, televizora baxa bilirmiş. 

Morella, Salazarın evdə yadından çıxardığı açarlardan istifadə etməklə əsarətdən xilas olub. O, qadın dərnəyinə sığınıb, sonra isə polislə birlikdə saxlanıldığı evə gedib.

Qonşular məsələni öyrənəndə heyrətə düşüblər. Onlar bildiriblər ki, Salazar hər zaman onlara xoş münasibət göstərib.

Müstəntiqlərin sözlərinə görə, qadın 31 il əvvəl Salazarın vədlərinə aldanaraq evdən qaçıb. 

56 yaşlı Matias Salazar hazırda həbs olunub. O, qadını zorla saxlamaqda, psixoloji və cinsi təcavüzdə ittiham olunur. Oxu24.com

544 Baxış
6500cookie-check31 il ev həbsində saxlanılan və cinsi təcavüzə məruz qalan qadın xilas oldu – FOTO
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir