Azərbaycanda İki ailə zəhərləndi – SƏBƏB

Cəlilabadda qonaqlıqdan sonra kütləvi zəhərlənmə olub.

Lent.az -ın məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.

Kənd sakinləri 41 yaşlı İmanov Niyaməddin Balamirzə oğlu, 11 yaşlı İmamzadə Leyla Niyaməddin qızı, 14 yaşlı İmanlı Rövlan Loğman oğlu, 35 yaşlı Əliyeva Səidə Mühacir qızı, 13 yaşlı Əliyeva Nuranə Rövşən qızı və 10 yaşlı Əliyeva Gülşən Rövşən qızı naməlum etiologiya zəhərlənmə ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Araşdırma zamanı məlum olub ki, zəhərlənən şəxslər fevralın 5-i axşam saatlarında N.İmanova məxsus evdə ət məhsulundan özlərinin hazırladığı yemək və xiyar turşusu yeyiblər. Yeməkdən 20-30 dəqiqə sonra onların vəziyyəti pisləşib.

loading…

Xəstəxanada göstərilən ilkin tibbi yardımdan sonra onlar evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

469 Baxış
4880cookie-checkQaçqın şəhərciyində faciə: Qadın öldü
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir