Allah Təala Quranda nemətə görə şükür etməyi bizə öyrətmişdir. “Buna görə də Allahın şəriət baxımından halal və zatən pak olaraq sizin ruziniz etdiyi şeylərdən yeyin, istifadə edin və əgər yalnız Ona ibadət edirsinizsə, Allahın nemətinə şükür edin”. (“Nəhl” 114).
Allah insana sonsuz sayda nemət əta etmiş və ancaq bir nemətə görə insana minnət qoymuşdur. Bu neməti başqa nemətlərdən üstün hesab etmişdir. Bəs bu, hansı nemətdir?
Bu nemət – Həzrət Muhəmmədin (s) müqəddəs varlığıdır. Allah Təala Öz Rəsuluna (s) görə insanlara minnət qoymuş və buyurmuşdur ki, bu nemətin qədrini bilsinlər. “Şübhəsiz, Allah möminlərin boynuna onlara (mələklərdən və cinlərdən deyil)özlərindən Onun ayələrini onlara oxuyan, onları paklaşdıran və onlara (səmavi) kitabı, şəriət hökmlərini və əqli maarifi öyrədən bir peyğəmbər göndərən zaman haqq qoydu. Həqiqətən onlar bundan əvvəl açıq-aydın bir azğınlıqda idilər”. (“Ali-İmran”, 164).
Allah Təala Həzrət Peyğəmbərə (s) xitab edərək, buyurur: “Onlar İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De: “İslamınızı mənə minnət qoymayın, əksinə əgər (İslam iddiasında) doğruçusunzsa, sizi imana hidayət etdiyi üçün boynunuzda haqqı olan Allahdır””. (“Hucurat”, 17).

Bəs bu nemətə görə necə şükür edə bilərik?
Bu böyük nemətin ardınca getməliyik və Peyğəmbər (ə) Əhli-Beytinin (ə) vilayətini qəbul etməliyik. Onu əziz tutub, Məsumlardan (ə) örnək götürməliyik. “Bu, Allahın, iman gətirərək yaxşı işlər görmüş bəndələrini müjdələdiyi həmin şeydir. De: “Sizdən bunun (İlahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm”.
Kim bir yaxşı iş görsə (daha artıq məhəbbət göstərsə), Biz onun üçün həmin işdə yaxşılıq (savab) artırarıq (onun təbii mükafatına ən azı on dəfə artıq əlavə edərik). Həqiqətən Allah bağışlayan və qədirbiləndir”. (“Şura” 23).
“De ki: “Sizdən istəmədiyim bütün muzdlar sizin olsun. (Sizdən muzd istəməyə haqqım var idi). Sizdən istədiyim muzd (Əhli-Beytimə olan məhəbbət) sizin öz xeyrinizədir, mənim mükafatım yalnız Allahın öhdəsinədir və O, hər bir şeydən agah və hər bir şeyə şahiddir””. (“Səba” 47).




(+99451) 6177711
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin



NurMedia.İnfo.Az
415 Baxış
1160cookie-checkAllahın insanın üzərinə qoyduğu tək minnət
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir