Bu gün keçirilməsi planlaşdırılan 46-cı “Altın kelebek” mükafatları gecəsinin təxirə salınacağı bildirilib.
Axşam.az-ın məlumatına görə, buna səbəb isə ötən gün Türkiyənin Suriya ilə sərhəddində xeyli sayda əsgərin öldürülməsidir.

Hazırda təşkilatçılar məsələ ilə bağlı danışıqlar aparırlar. Onlar belə bir gündə əyləncəli tədbirin keçirilməsini məqsədəuyğun hesab etmədiklərini bildiriblər.

Qeyd edək ki, bugünkü tədbirdə Azərbaycanı təmsil etmək üçün Xalq artisti Röya Ayxan, müğənnilər Nura Suri, Sevda Yahyayeva, Gülay Zeynallı, həmçinin, aktrisalar Oksana Rəsulova və Pərvin Abıyeva Türkiyəyə getmişdi.

"Altın kelebek" təxirə salındı
376 Baxış
8100cookie-check“Altın kelebek” təxirə salındı
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir