Son dövrlərin məşhur müğənnisi Nəfəs “Hər şey daxil ” verilişində qonaq olub.

NURMEDIA BiG.AZ a istinadla xəbər verir ki, veriliş vaxtı aparıcı Tarix Əliyev müğənninin yalanın ortaya çıxarıb. 

“Sənin ilk duet ortağın Talıb Tale olubmuş amma hamıya deyirsən ki, ilk dueti Aqşin Fatehlə oxumusan. İndi mənə Talıb Tale deyir məsələni” – deyərək müğənnidən açıqlama istəyib. 

Talıb Tale söhbətə qoşularaq bildirib ki, Nəfəsə ilk dəstək olanlardan biri odur:

“Mənə dostumuz Nicat məsləhət gördü ki, belə bir müğənni var. Mən də qulaq asdım səsinə xoşuma gəldi, bildim ki, nəsə alına bilər. Konsertimdə arxada bekvokal kimi oxudu. Sonradan duet də fikirləşdik ki, bir yerdə işləyək. Amma Nəfəs birdən-birə yoxa çıxdı”.
Nəfəs də həmkarının dediklərini təsdiq edərək bildirib ki, onun sənətə gəlməyində ilk dəstək Talıb Taledən olub.

525 Baxış
1000cookie-checkAqşin Fatehin duet ortağının yalanı ortaya çıxdı- Sən demə Talıb Tale ilə…
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir