Home>>Maraqlı>>Arıqlamaq istəyənlər BU 5 MƏHSULU yatmazdan öncə YESİN
MaraqlıSon xəbər

Arıqlamaq istəyənlər BU 5 MƏHSULU yatmazdan öncə YESİN

Arıqlamaq istəyən hər kəs gecə yeməyin zərərindən agahdır. Həqiqətən də axşam vaxtı yemək, xüsusilə də tərkibində rafinə olunmuş karbohidrat, nişasta və çoxlu şəkər olan qidalar insanı kökəldir. Lakin sizə şad xəbərimiz də var.

BiG.AZ-ın goodhouse.ru-ya istinadən verdiyi xəbərə görə, Florida Universitetinin mütəxəssisləri tərəfindən edilən və 2018-ci ildə Britaniyanın qida haqqında jurnalında nəşr olunan araşdırma deyilir ki, yatmazdan yarım saat öncə yeyilən 30 qram proteinin çəkimizi nəinki artırmır, hətta əksinə, insanı arıqladır.

Arıqlamaq üçün gecə yeməli olduğunuz bir neçə məhsulu oxuculara təqdim edirik.

Kəsmik

Arıqlamaq istəyənlər BU 5 MƏHSULU yatmazdan öncə YESİN

Kəsmikdə çox miqdarda zülal olduğundan əlavə, bu məhsul hər yaşda bizə lazım olan kalsiumla da zəngindir. Qadınlar, xüsusilə menopauza dövründə və sonrasında kalsium çatışmazlığından əziyyət çəkirlər: bu zaman kalsium sanki sümük, oynaq və dişlərdən “yuyulur” və onları xüsusilə kövrək edir. Yeri gəlmişkən, az yağlı kəsmik seçməyə çalışmayın: süd yağı ürək-damar sisteminin sağlamlığı üçün zəruridir və arıqlamağımıza kömək edir.

Badam və qoz

Arıqlamaq istəyənlər BU 5 MƏHSULU yatmazdan öncə YESİN

Qoz çox yüksək kalorili olsa da, ondan müntəzəm və düzgün istifadə belinizin incəliyini qorumağa və hətta arıqlamağa kömək edir. Əsas məqbul dozanı aşmamaq və bir dəfəyə bir ovucdan çox yeməməkdir. Qoz-fındığın demək olar ki, bütün növləri proteinlə zəngindir, lakin onlardan ən faydalısı qoz və badamdır. Onların tərkibində çox miqdarda E vitamini, həmçinin ürək fəaliyyəti üçün çox faydalı olan maqnezium və selenium var. Buna görə gecə bir ovuc qoz-fındıq yeməkdən qorxmayın: bu, çox faydalıdır.

Mozzarella

Arıqlamaq istəyənlər BU 5 MƏHSULU yatmazdan öncə YESİN

Bu pendirin 100 qramında 6 qram zülal, 1 qram karbohidrat və sadəcə 100 kalori var. Günəşin “üzünə həsrət qaldığımız” bir dövrdə hər birimizin ehtiyac duyduğu D vitamini də mozzarellada çoxdur. Buna görə onu hətta gecə vaxtı da rahat yeyə bilərsiz.

Yumurta

Arıqlamaq istəyənlər BU 5 MƏHSULU yatmazdan öncə YESİN

Diyetoloqlar ən faydalı qidalardan yalnız birini seçmələri olsaydılar, çox güman ki, yumurtalara üstünlük verərdilər. Zülal, D vitamini, digər faydalı vitaminlərlə zəngin olan yumurta təkcə səhər yeməyideyil, “gecə yeməyi” üçün də idealdır.

Tofu

Arıqlamaq istəyənlər BU 5 MƏHSULU yatmazdan öncə YESİN

Tofu soya südündən hazırlanan pendirdir. Əgər siz vegetariansınızsa, rasionunuzda proteinin olmasına xüsusi diqqət yetirməlisiniz. Vətəni Çin və Yaponiya hesab olunan tofu vegeteryanların ən çox sevdiyi qidalardandır. Bu, kifayət qədər zülal əldə etmək üçün əla məhsuldur. Onun tərkibi təbii minerallar və kalsiumla zəngindir. Onu mayalandıran zaman limon şirəsindən və ya sirkədən istifadə olunur.

108 Baxış
19380cookie-checkArıqlamaq istəyənlər BU 5 MƏHSULU yatmazdan öncə YESİN
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir