“Avroviziya-2014” təmsilçimiz Dilarə Kazımova 106.3 FM-də yayımlanan “Ulduzxana”da qonaq olub.

Dilarə Kazımova şəxsi həyatı haqqında açıqlaması ilə diqqət çəkib.

İlk sevgisindən danışan müğənni ondan ayrıldıqdan sonra depressiya yaşadığını etiraf edib:
“Konservatoriyada oxuyanda vurulmuşdum. Bu münasibət mənim ən birinci və möhkəm sevgim oldu. Amma ürəyimi pis sındırdı. 1 il yarım özümə gələ bilmədim, ağır oldu. Neçə il sonra onunla səhnədə görüşdük. Onun gözlərindən hər şeyi başa düşdüm. Peşman idi ki, səhv edib. Anladı ki, düzgün ayrılmadıq. Özünü çox pis göstərdi. Mənim üçün yüksəkdə olan adam necə aşağı düşdü.

Ayrılıqdan sonra psixoloji ağır günlər yaşadım. Yemirdim, başım yerində deyildi, ağlayırdım. Ayrıldıqdan iki gün sonra o, konservatoriyada başqa qızla görüşdü. Şokda idim, bir adamı sevəndə onun dəyişib bu cür olacağını fikirləşmirsən. İnsanla belə rəftar etmək olmaz.

Kimləsə ayrılanda adam kimi ayrılın, nəfsi üstünüzdə qalmasın. Hər şeyi açıq deyin. Hadisədən sonra öldüm, sonra dirildim. Amma yaxşı oldu, ürəyim bərkidi”.

Qeyd edək ki, Dilarə Kazımova Mərt Aslan adlı Türkiyə vətəndaşı ilə 2014-cü ildə ailə qurmuşdu. Cütlük 2016-cı ildə boşanıb.
Mənbə – Teleqraf.com

298 Baxış
14490cookie-check“Ayrılandan iki gün sonra başqa qızla görüşdü” – Dilarədən şok etiraflar
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir