Azərbaycan ortaya qoyduğu xarici siyasət strategiyası sayəsində regionda və dünyada etibarlı bir tərəfdaşa çevrilib.

Nurmedia.info.Az bildirir ki, bunu Trend-ə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev deyib.

O bildirib ki, Azərbaycanın müstəqil xarici siyasəti öncəliklə sözdə yox, real həyatda sübut olunub:

“Regionumuz qlobal güclərin maraqlarının toqquşma məkanı olmasına baxmayaraq, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu nəticəsində ölkəmiz əməkdaşlıq platformasına çevrilib. Bir çox beynəlxalq görüş və tədbirlərin Bakıda keçirilməsi bunun əyani sübutudur”.

C. Vəliyevin sözlərinə görə, digər tərəfdən, qonşu dövlətlər arasında baş verən münaqişələrə qarışmamağı, dövlətlərin daxili işlərinə müdaxilə etməməyi və regional əməkdaşlıq imkanlarını yaratmağı Azərbaycanın etibarlı bir tərəfdaşa çevrilməyinin daha bir göstəricisidir:

“Belə ki, Cənubi Qafqaz istər dövlətlərarası münasibətlərdə, istərsə də elmi araşdırmalarda, təəssüf ki, münaqişələr və silahlı toqquşma məkanı olaraq görülürdü. Lakin Azərbaycanın həyata keçirdiyi enerji və nəqliyyat layihələri bu regionda əməkdaşlıq imkanlarını artırıb. Enerji və nəqliyyat layihələrimizə qarşı çıxan dövlətlər indi bu layihələrin imkanlarından istifadə etmək istəyirlər. Bütün bunlar Azərbaycanın etibarlı bir tərəfdaş olduğunu sübut edib”.

378 Baxış
5370cookie-checkAzərbaycan öz xarici siyasəti ilə dünyada etibarlı tərəfdaşa çevrilib – Cavid Vəliyev
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir