Ağsuda dəhşətli və utancverici hadisə yaşanıb.

NURMEDIA xəbər verir ki, 30 yaşlı A.M. 11 yaşlı oğlana cinsi təcavüz edib.

Hadisə yeddi ay əvvəl baş verib. Təcavüzə məruz qalmış uşağın danışıqları əsasında manyak həbs olunub. Onun məhkəməsi başa çatmayıb, lakin təcavüz faktı təsdiqlənib.

Uşaqların atası Şamonun bibisi ATV-nin “BizimləSən” proqramına gələrək uşaqlara yardım göstərilməsini istəyib. Bibinin sözlərinə görə, Şamo uşağına təcavüz edən manyakı bağışlayıb və bu səbəbdən onların atalarından alınıb dövlətə verilməsini istəyib. 

Məhkəmə iclaslarının birində ata oğluna təcavüz edən şəxsə sövdələşmə təklif edib. 250 manat qarşılığında onu bağışlayacağını bildirir. İçki düşkünü olan Şamo 250 manatı alır və bağışladığını deyir.

Şamonun iki övladı var: 12 yaşında qızı və təcavüz edilmiş 11 yaşlı oğlu. Uşaqlar məktəbə getmirlər. Uşaqların atası içki düşkünüdür, ana isə beş ildir, onları tərk edib.

Qeyd edək ki, pedofilin işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır. Atanın bağışlamasından asılı olmayaraq, A.Məmmədov cəzasını alacaq. Onu ən az yeddi il həbs cəzası gözləyir. BAKU.WS

519 Baxış
5340cookie-checkAzərbaycanda DƏHŞƏT: Kişi 11 yaşlı oğlanı zorladı,atası pul alıb bağışladı +VİDEO
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir