NurMedia.İnfo.Az

NurMedia.İnfo.Az

Xəbər portalı

NurMedia.İnfo.Az
  • Son xəbər
  • Gündəm
  • HADİSƏ
  • İSLAM
  • CƏMİYYƏT
  • Dünya
  • MAQAZİN
  • NurMedia WEB TV
  • Maraqlı
  • İdman
  • REKLAM

Azərbaycanda jurnalistlər bu qaydalara əməl etməlidirlər!

  • NurMedia WEB TV
  • Son xəbər
watermark

Azərbaycan Mətbuat Şurası KİV-in xüsusi rejim dövründəki fəaliyyətinə dair tövsiyələrini açıqlayıb.  

Mətbuat Şurasından Unikal.org-a verilən məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın martın 30-da keçirilmiş iclasında koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlərlə bağlı qərar qəbul edib. Azərbaycan ərazisində xüsusi rejimin tətbiqini nəzərdə tutan bu qərarda tələb və tövsiyələrə mütləq qaydada əməl olunması şərti ilə fəaliyyətinin davam etdirilməsinə icazə verilən istiqamətlər içərisində kütləvi informasiya vasitələrinin də adı çəkilir.

KİV koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı aparılan işlərin mühüm təbliğatçıları olmaqla yanaşı, cəmiyyətdə xəstəlik təhlükəsinə qarşı məsuliyyət hissinin gücləndirilməsinə yönələn maarifləndirici işlər də həyata keçirməkdədirlər. Bu fəaliyyət son dərəcə vacibdir. Təqdirəlayiq haldır ki, media orqanlarımız öz işlərinə intizamlı yanaşmaqla, jurnalistikanın funksiya və vəzifələrinə, həmçinin peşələrinə sadiqlik nümayiş etdirilər.

Azərbaycan Mətbuat Şurası bütün bunları yüksək qiymətləndirir və xüsusi rejim şəraitində KİV-lərin fəaliyyətinin daha da səmərəli qurulması üçün aşağıdakı məqamlara diqqət yetirilməsinini vacib sayır:

– Jurnalistlərin üzərilərində şəxsiyyət vəsiqələrini və redaksiyaların onlara verdiyi vəsiqələri götürmələri;

– Jurnalistlərin redaksiya tapşırıqlarına əməl etmələri. Bununla bağlı konkretliyin müəyyənləşdirilməsi və qorunması;

– Ehtiyac hiss edildikdə, jurnalistə verilən redaksiya tapşırığının redaksiya tərəfindən rəsmi qaydada təsdiqlənməsi. KİV rəhbərləri bu zərurətin yarana bilmə ehtimalını düşünməli və müvafiq addımlar atmalıdırlar. Nəzərə alınmalıdır ki, bu, jurnalistlərin işinin səmərəliliyinə təminat baxımından mühüm əhəmiyyət daşıyır;

– KİV rəhbərlərinin jurnalistlərin koronavirus infeksiyasına yoluxmamaları üçün  müəyyənləşdirilmiş qaydalara ciddi əməl etmələrinə həssas yanaşmaları. Xüsusən də xəstəxanalara, poliklinakalara və koronavirus xəstələrinin olduqları karantin zonalarına gedən əməkdaşların təhlükəsizliyi məsələsini nəzarətdə saxlamaq;

– Koronavirus pandemiyası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın və digər dövlət qurumlarının məlumatlarından istifadə etməklə, əldə edilmiş digər bilgilərin rəsmi təsdiqinə nail olmaq. Heç bir halda dezinformasiyaların, rəsmi mənbəyi olmayan bilgilərin yayılmasına yol verməmək;

– Koronavirusla bağlı materiallar hazırlayarkən sahə ekspertlərinin seçiminə həssaslıqla yanaşmaq. Təqdim edilən materialların cəmiyyət üçün əhəmiyyətlilik dərəcəsinə diqqət yetirmək;

– İnsanlarda ruh düşgünlüyü, qorxu, stress, çaşqınlıq yaradan meylləri təbliğ etməməklə koronavirus təhlükəsinin bəşəriyyət üçün bəla mahiyyətinə aydınlıq gətirən, bununla bağlı cəmiyyəti düşündürən, mübarizə əzmi və ciddi məsuliyyət hissi aşılayan materialların təqdimatı.

Azərbaycan Mətbuat Şurası həmçinin bildirir ki, Şuranın Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu xüsusi rejim şəraitində jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirmələrinə də diqqət yetirir. Bununla bağlı MŞ-dən və DİN-dən nümayəndələr (MŞ-dən Əvəz Rüstəmov – (050) 206 96 02; DİN-dən Mətbuat Xidmətindən İlham Babayev (055) 771 82 62; Bakı şəhər BPİ-dən Elşad Hacıyev (055) 288 95 53) müəyyənləşdirilirb. Zərurət yarandığı hallarda jurnalistlər göstərilən mobil telefon nömrələrinə zəng edə bilərlər.

Azərbaycan Mətbuat Şurası onu da bildirir ki, jurnalist adından, vəsiqəsindən istifadə etməklə xüsusi rejimin qaydalarını pozma halları da monitorinq qrupu tərəfindən diqqətdə saxlanılacaqdır. Bununla bağlı konkret faktların araşdırılması həyata keçiriləcək, yerli polis orqanlarının əməkdaşları monitorinq qrupunun üzvləri ilə daimi əlaqədə olacaqlar.

421 Baxış
134100cookie-checkAzərbaycanda jurnalistlər bu qaydalara əməl etməlidirlər!yes
loading...
Paylaş
31 Mart 2020 Hafiz

Post navigation

Azərbaycanda qorxunc hadisə: Gözəgörünməz varlıq fermanı bir-birinə qatdı – VİDEO → ← Daha bir rayonda koronavirus TAPILDI – Ailə xəstəxanaya yerləşdirildi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

loading...

Related Posts

Tərtərdə etiraz: Prezidentin ayırdığı pulları icra hakimiyyəti hara xərcləyir? – VİDEO

Ölkə rəhbərinin erməni terrorundan əziyyət çəkən  insanlar üçün ayırdığı pullar  aidiyyatı  üzrə  xərclənmir. Oxu24.com xəbər  verir  ki,  bu iddia  ilə  bir  qrup  Tərtər  rayon  sakinləri  çıxış  edib. Belə ki, rayonun Əskipara  […]

Şəhid adından dələduzluq edən şəxs axtarılır – VİDEO

İmişli rayon Bəhrəmtəpə qəsəbə sakini Orxan Şirinov vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə yollanıb, şəhidlik zirvəsinə yüksələn igidlərimizdən biridir. Bu gün Orxanın yasını tutan ailənin başı şəhidimizin adına yaraşmayan, bu […]

Türkiyədən SON DƏQİQƏ Qarabağ açıqlaması: Atəşkəs pozularsa… – VİDEO

“Azərbaycanın müəyyənləşdirdiyi yerdə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzini qurmaq mərhələsindəyik. Bu mərkəzin başlıca məqsədi atəşkəsə nəzarət olacaq, eyni zamanda, atəşkəs pozuntusu varsa, bununla bağlı tədbirlər görəcək”. Oxu24.com  […]

İtkin düşmüş 12 yaşlı qızın evdən getmə SƏBƏBİ BİLİNDİ: “Çörək almağa gedərkən…”

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda itkin düşən 12 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, 2008-ci il təvəllüdlü Ləman Şahbazova tapılaraq ailəsinə təhvil verilib. Onu […]

Recent Posts

Tərtərdə etiraz: Prezidentin ayırdığı pulları icra hakimiyyəti hara xərcləyir? – VİDEO

Tərtərdə etiraz: Prezidentin ayırdığı pulları icra hakimiyyəti hara xərcləyir? – VİDEO

Ölkə rəhbərinin erməni terrorundan əziyyət çəkən  insanlar üçün ayırdığı pullar  aidiyyatı  üzrə  xərclənmir. Oxu24.com xəbər  verir  ki,  bu iddia  ilə  bir  qrup  Tərtər  [...]

More Info
Şəhid adından dələduzluq edən şəxs axtarılır – VİDEO

Şəhid adından dələduzluq edən şəxs axtarılır – VİDEO

İmişli rayon Bəhrəmtəpə qəsəbə sakini Orxan Şirinov vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə yollanıb, şəhidlik zirvəsinə yüksələn igidlərimizdən biridir. Bu gün Orxanın yasını tutan [...]

More Info
Türkiyədən  SON DƏQİQƏ Qarabağ açıqlaması: Atəşkəs pozularsa… – VİDEO

Türkiyədən SON DƏQİQƏ Qarabağ açıqlaması: Atəşkəs pozularsa… – VİDEO

“Azərbaycanın müəyyənləşdirdiyi yerdə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzini qurmaq mərhələsindəyik. Bu mərkəzin başlıca məqsədi atəşkəsə nəzarət olacaq, eyni [...]

More Info
İtkin düşmüş 12 yaşlı qızın evdən getmə SƏBƏBİ BİLİNDİ: “Çörək almağa gedərkən…”

İtkin düşmüş 12 yaşlı qızın evdən getmə SƏBƏBİ BİLİNDİ: “Çörək almağa gedərkən…”

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda itkin düşən 12 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, 2008-ci il təvəllüdlü Ləman Şahbazova [...]

More Info
Powered by WordPress | theme SG Grid