NurMedia.İnfo.Az

NurMedia.İnfo.Az

Xəbər portalı

NurMedia.İnfo.Az
  • Son xəbər
  • Gündəm
  • HADİSƏ
  • İSLAM
  • CƏMİYYƏT
  • Dünya
  • MAQAZİN
  • NurMedia WEB TV
  • Maraqlı
  • İdman
  • REKLAM

Azərbaycanda şok hadisə: Vətəndaşa şər atan məmur həbs olundu +VİDEO

  • CƏMİYYƏT
  • HADİSƏ
  • NurMedia WEB TV
  • Son xəbər
Azərbaycanda şok hadisə: Vətəndaşa şər atan məmur həbs olundu +VİDEO

Şəkidən Balakənə göndərilən bağlamanın içərisindən narkotik və avtomat silahının güllələri çıxıb.

APA TV-nin məlumatına görə, Balakən şəhər sakini Zahid Abdulhacı oğlu Xanlayev Balakən rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, Şəki şəhərindən Arif adlı şəxs ona mobil telefonla zəng edərək, Şəki-Balakən marşrutu ilə hərəkət edən sərnişin daşıyan mikroavtobus vasitəsilə bir ədəd bağlamanın göndərildiyini bildirib. Balakən şəhərində bağlamanı götürüb açan zaman narkotik vasitə hesab olunan heroin və avtomat silahının 4 ədəd gülləsi ilə üzləşib.

Məlumat əsasında aparılmış əməliyyat-axtarış tədbiri zamanı məlum olub ki, Balakən şəhər sakini Ələkbər Köçəli oğlu İsmayılov Zahid Xanlayevi narkotik vasitələrin qanunsuz dövriyyəsində günahlandırmaq məqsədilə bilərəkdən bu cinayət hadisəsini törədib. Məlum olub ki, Ələkbər İsmayılov Qax şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olan Qax şəhər sakini Rəşid Allahyar oğlu Məmmədovla birlikdə Şəki şəhər avtovağzalına gedib. Ələkbər İsmayılov avtovağzalda Rəşid Məmmədovdan içərisində 3 ədəd A-4 formatlı kağız bağlamaları olan qutunu Şəki-Balakən marşrutu ilə hərəkət edən, Balakən rayonu Qazma kənd sakini Arif Şövkət oğlu Hüseynovun idarə etdiyi sərnişin daşıyan mikroavtobusa verməsini istəyib.

loading…

Hal şahidlərinin iştirakı ilə Ələkbər İsmayılovun Zahid Xanlayevə göndərdiyi bağlamaya baxış zamanı oradan üç ədəd torbada olmaqla ümumi çəkisi 3,780 qram heroin və bir ədəd kağız bükülüdə avtomat silahının 4 ədəd güllələri götürülərək istintaqa təhvil verilib. Keçirilmiş tədbir nəticəsində hadisədə iştirak edən Ələkbər İsmayılov, Rəşid Məmmədov və Arif Hüseynov şübhəli şəxs qismində saxlanılıblar. Saxlanılanlardan Ələkbər İsmayılov barəsində Balakən rayon məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. 

APA TV-nin əldə etdiyi məlumata görə, həbs edilən Ələkbər İsmayılov uzun illər Balakən rayon Məhkəməsində icra məmuru işləyib. Bir neçə gün əvvəl isə o, tutduğu vəzifədən azad edilib. 

771 Baxış
88210cookie-checkAzərbaycanda şok hadisə: Vətəndaşa şər atan məmur həbs olundu +VİDEOyes
loading...
Paylaş
01 Mart 2020 Hafiz

Post navigation

Barmaqları şaqqıldatmaq bu xəstəliyə səbəb olurmuş → ← “Dado ilə 3 həftədir ayrılmışıq” – Natavan

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

loading...

Related Posts

Tərtərdə etiraz: Prezidentin ayırdığı pulları icra hakimiyyəti hara xərcləyir? – VİDEO

Ölkə rəhbərinin erməni terrorundan əziyyət çəkən  insanlar üçün ayırdığı pullar  aidiyyatı  üzrə  xərclənmir. Oxu24.com xəbər  verir  ki,  bu iddia  ilə  bir  qrup  Tərtər  rayon  sakinləri  çıxış  edib. Belə ki, rayonun Əskipara  […]

Şəhid adından dələduzluq edən şəxs axtarılır – VİDEO

İmişli rayon Bəhrəmtəpə qəsəbə sakini Orxan Şirinov vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə yollanıb, şəhidlik zirvəsinə yüksələn igidlərimizdən biridir. Bu gün Orxanın yasını tutan ailənin başı şəhidimizin adına yaraşmayan, bu […]

Türkiyədən SON DƏQİQƏ Qarabağ açıqlaması: Atəşkəs pozularsa… – VİDEO

“Azərbaycanın müəyyənləşdirdiyi yerdə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzini qurmaq mərhələsindəyik. Bu mərkəzin başlıca məqsədi atəşkəsə nəzarət olacaq, eyni zamanda, atəşkəs pozuntusu varsa, bununla bağlı tədbirlər görəcək”. Oxu24.com  […]

İtkin düşmüş 12 yaşlı qızın evdən getmə SƏBƏBİ BİLİNDİ: “Çörək almağa gedərkən…”

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda itkin düşən 12 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, 2008-ci il təvəllüdlü Ləman Şahbazova tapılaraq ailəsinə təhvil verilib. Onu […]

Recent Posts

Tərtərdə etiraz: Prezidentin ayırdığı pulları icra hakimiyyəti hara xərcləyir? – VİDEO

Tərtərdə etiraz: Prezidentin ayırdığı pulları icra hakimiyyəti hara xərcləyir? – VİDEO

Ölkə rəhbərinin erməni terrorundan əziyyət çəkən  insanlar üçün ayırdığı pullar  aidiyyatı  üzrə  xərclənmir. Oxu24.com xəbər  verir  ki,  bu iddia  ilə  bir  qrup  Tərtər  [...]

More Info
Şəhid adından dələduzluq edən şəxs axtarılır – VİDEO

Şəhid adından dələduzluq edən şəxs axtarılır – VİDEO

İmişli rayon Bəhrəmtəpə qəsəbə sakini Orxan Şirinov vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə yollanıb, şəhidlik zirvəsinə yüksələn igidlərimizdən biridir. Bu gün Orxanın yasını tutan [...]

More Info
Türkiyədən  SON DƏQİQƏ Qarabağ açıqlaması: Atəşkəs pozularsa… – VİDEO

Türkiyədən SON DƏQİQƏ Qarabağ açıqlaması: Atəşkəs pozularsa… – VİDEO

“Azərbaycanın müəyyənləşdirdiyi yerdə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzini qurmaq mərhələsindəyik. Bu mərkəzin başlıca məqsədi atəşkəsə nəzarət olacaq, eyni [...]

More Info
İtkin düşmüş 12 yaşlı qızın evdən getmə SƏBƏBİ BİLİNDİ: “Çörək almağa gedərkən…”

İtkin düşmüş 12 yaşlı qızın evdən getmə SƏBƏBİ BİLİNDİ: “Çörək almağa gedərkən…”

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda itkin düşən 12 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, 2008-ci il təvəllüdlü Ləman Şahbazova [...]

More Info
Powered by WordPress | theme SG Grid