Azərbaycanda televiziya əməkdaşı həyat yoldaşını körpəsi ilə birlikdə evdən qovub

“Ötən gün bir xanım altı aylıq körpəsi ilə bizə müraciət edib. Həyat yoldaşından zorakılıq gördüyünü deyib. Əri isə televiziyalardan birinin əməkdaşıdır”.

Bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

K.Ağazadə deyir ki, xanım həyat yoldaşı ilə rəsmi nikahda olduğunu desə də, aralarında problemlərin mövcudluğundan danışıb:

“Həyat yoldaşı ilə aralarında problem var. Neçə gündür mənə yazırdı. Deyirdi ki, həyat yoldaşı ona “səni istəmirəm”, “evdən çıx get” deyir. Xanımın sözlərinə görə, problemlərdən biri də həyat yoldaşının ona bir neçə dəfə xəyanət etməsidir. Qadın həyat yoldaşı tərəfindən təhdid edildiyini də deyir. Daha sonra isə məcbur olub, evdən çıxaraq bizə müraciət edib.

Yoldaşı qadına hədə-qorxu gələrək, bu məsələlərin kütləvi informasiya vasitələrinə çıxmamasını istəyib. Əgər bu barədə mediada hər hansı məlumat görərsə, özünü “ölmüş bilməsini” deyib. Hətta uşağı qadının əlindən bir yolla alacağını da bildirib. Bu, qadının hüquqlarının pozulmasıdır. Bütün bu iddialar barədə araşdırmalar aparılır. Biz hələ ki, onların adlarını elan etmirik. Ümumiyyətlə, bizim heç kimi rüsvay etmək fikrimiz yoxdur. Proseslər qanuna müvafiq şəkildə, məhkəmə yolu ilə davam etdiriləcək. Qadının və uşağın hüquqlarının müdafiəsi üçün lazımi tədbirlər görüləcək. İlkin olaraq aliment məsələsinə, daha sonra isə digər məsələlərə baxılacaq”.

40 Baxış
19560cookie-checkAzərbaycanda televiziya əməkdaşı həyat yoldaşını körpəsi ilə birlikdə evdən qovub
Paylaş

Hafiz

Saytın sahibi və yaradıcısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Azərbaycan Prezidenti: Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq

Be İyl 13 , 2020
Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Nurmedia.info.az Trend-ə istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: “Beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir. Daxili vəziyyət kifayət qədər gərgindir. Vəd olunan dırnaqarası çiçəklənmə, artıq hər kəs tərəfindən başa düşülür ki, […]