
Ötən gün Azərbaycan sənətçiləri Türkiyəyə yola düşüblər.
BiG.AZ xəbər verir ki, onların səfərinin məqsədi “Pantene Altın Kelebek” müsabiqəsində iştirak etməkdir. Bununla bağlı müğənni Gülay Zeynallı sosial media hesabında fotolar paylaşıb.
Müsabiqədə iştirak edəcək sənətçilər bunlardır: Röya Ayxan, Azad Şabanov , Gülay Zeynallı, Nura Suri, Oksana Rəsulova, Pərvin Abıyeva və Sevda Yəhyayeva. Xəyyam Nisanov və Elçin Cəfərov müasibəqədə baş verən dəyişikliklər səbəbindən öz istəkləri ilə yarışmadan uzaqlaşıblar.

Qeyd edək ki, 28 fevralda baş tutacaq müsabiqəyə bu axşam saat 20:00-da Xəzər Tv-də canlı yayımla İstanbuldakı “Pantene Altın Kelebek” mükafatlandırma gecəsini izləyərək qalibin kim olduğunu öyrənə bilərsiniz.




515 Baxış
76500cookie-checkAzərbaycanlı müğənnilər Türkiyəyə getdi – FOTOLAR