Polis Bakının Nərimanov rayonunda qeydə alınan erkən hamiləlik faktını araşdırır.

NurMedia bildirir ki, bu barədə BiG.AZ-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlum olub ki, hamiləliyin 9-cu ayında olan P.R. (2005-ci il təvəllüdlü) mayın 1-də xəstəxanaya daxil olub.

Həkimlər onun vəziyyətini qənaətbəxş hesab edirlər.

Ancaq qızın yetkinlik yaşına çatmamış olması cinayət işi üçün əsas yaradır, çünki cinsi əlaqə zamanı P.R 14 yaşında olub.

Hazırda yeniyetmənin hansı şəraitdə cinayət qurbanı olduğu müəyyənləşdirilir.

Qeyd edək ki, 16 yaşına çatmamış şəxslə cinsi əlaqə qurmaq və məcburi evlənməyə görə cəza tədbirlərinin olmasına baxmayaraq, Azərbaycanda erkən nikahlar hələ də geniş tətbiq olunur.

324 Baxış
14830cookie-checkBakıda 15 yaşlı qız hamilə qaldı
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir