Bakıda antisanitar vəziyyətdə fəaliyyət göstərən bazara polis müdaxiləsi – VİDEO – FOTO

Bir neçə gündür Azərbaycanda koronavirus (COVİD – 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər görülür. Ölkədə ciddi karantin rejimi elan edilib.

Bu məqsədlə kommunal xidmətlər xüsusi gücləndirilmiş iş rejiminə keçərək Nazirlər Kabineti yanında Operativ Qərargahın sərəncam və tövsiyələrinə uyğun olaraq dezinfeksiya tədbirləri həyata keçirirlər. 

Virusun yayılma təhlükəsinə qarşı vətəndaşlardan kütləvi yerlərdən uzaq olmaq, zərurət olmadıqca evdən çıxmamaq tövsiyə edilir. Bu tədbirlərə dəstək olaraq bir çox öz müəssisələr, obyektlər fəaliyyətini dayandırıb.

Lakin bu gün də Sabunçuda “Bit bazarı” və ya “Rus bazarı” kimi də adlandırılan köhnə və əsasən işlənmiş əşyaların satıldığı bazar fəaliyyətini davam etdirir.

Oxu24.com musavat.com-a istinadən bildirir ki, hazırda Sabubçu Rayon Polis İdarəsinin əməkdaşları bazara girişi bağlayıb. Lakin səhər saatlarından bazarda olan satıcılar hələ ki xəbərdarlığa məhəl qoymurlar.

Polis əməkdaşları səsgücləndiricilər vasitəsi ilə karantin rejiminin vacib tələbləri ilə bağlı xəbərdarlıq edir.


238 Baxış
13250cookie-checkBakıda antisanitar vəziyyətdə fəaliyyət göstərən bazara polis müdaxiləsi – VİDEO – FOTO
Paylaş

Hafiz

Saytın sahibi və yaradıcısı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Koronavirus günbəgün insan bədənində görün nələr edir - DİQQƏTLİ OLUN!

Ça Mar 31 , 2020
Koronavirusun simptomları insan orqanizminə fərqli şəkildə təsir göstərsə də, əsas əlamətlər bütün xəstələrdə ortaya çıxır. Publika.az COVID-19-un orqanizmdə həyata keçirdiyi prosesi günbəgün təqdim edir. 1-3. gün: Soyuqdəymə və qripə bənzəyən əlamətlər ortaya çıxır. Yüngül qızdırma və boğaz ağrısı olur. İmmun sistemi zəifdirsə, ürəkbulanma və ishal ola bilər. 4. gün: Boğaz […]