Paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində martın 20-də evlərdən birindən 63 min manat nağd pulun qeyri-aşkar şəraitdə oğurlanması ilə bağlı “102” xidməti – zəng mərkəzinə müraciət daxil olub.

NurMedia xəbər verir ki,Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Oxu24.com-a  verilən məlumata görə, Astara rayon sakini, 1986-cı il təvəllüdlü G.Həsənova kirayə yaşadığı evdən axşam saatlarında bibisi oğluna məxsus pulun naməlum şəraitdə oğurlanmasını bildirib.

İlkin araşdırmalarla məlum olub ki, evdən 63 min deyil, 55,500 manat pul oğurlanıb. Davam etdirilən intensiv əməliyyat-axtarış tədbirləri ilə oğurlanan vəsait tam həcmdə aşkarlanaraq olunaraq, zərərçəkmişə qaytarılması təmin olunub.

Oğurluqda şübhəli bilinən şəxs G.Həsənovanın həyat yoldaşıdır.

334 Baxış
12130cookie-checkBakıda arvadının qohumunun 55 min manatını oğurlayan ər tutulub
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir