Bakıda Gülbadam adlı yaşlı qadın qəyyumluğa götürdüyü 12 yaşlı Aysun adlı qızı paytaxtda təkbaşına qoyaraq Türkiyəyə alverə gedib. Azyaşlı qız sosial şəbəkədə tanış olduğu qız rəfiqəsinin dəvəti ilə gecə klubuna gedib. Gecə klubunda “Ənkə” ləqəbli İsmayıl adlı şəxslə tanış olan 12 yaşlı Aysun ondan hamilə qalıb.
Oxu24.com xəbər verir ki, aylar öncə “Ənkə”dən qaçaraq “Səni axtarıram”a çıxıb, anasını axtardığını deyən Aysunun bu faciəsi eşidənləri dəhşətə gətirib. “Uşaq olanda elə bildim ölüb” deyən Aysun, övladının həyatda olduğunu onu ölümlə təhdid edən sevgilisindən öyrəndiyini deyib.
loading…

Hazırda 14 yaşı olan Aysun uşaq sığınacağına yerləşdirilsə də İsmayıl adlı şəxsin təhdidindən sonra oradan qaçıb. Azyaşlı “ana” həmin şəxsin çox təhlükəli olduğunu, Xoşqədəmə efirdə onun adını çəkməməyi məsləhət görüb. Aysun aparıcıya “Ənkə”nin əks təqdirdə onu öldürə biləcəyini deyib. 

469 Baxış
860cookie-checkBakıda DƏHŞƏT – Gecə klubuna gedən 12 yaşlı qızı zorladılar – FOTO
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir