
Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli məktəbin rəhbərliyi intihara cəhd edən məktəbli ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
313 nömrəli tam orta məktəbdən Oxu.Az-a verilən açıqlamaya görə, 10-cu sinif şagirdi məktəbdə texniki işçi kimi çalışan anasının arxasınca gəlib:
“Məktəbli yıxılaraq ayağından xəsarət alıb. Qeyd edək ki, məktəbə dərhal təcili tibbi yardım çağırılıb. Həkim müayinəsi zamanı şagirdin ayağında sınıq olduğu aşkar edilib. Daha sonra müvafiq tibbi yardım və zəruri tədbirlər görülüb. Şagird tibbi müayinələrdən keçirilib, hazırda vəziyyəti qənaətbəxşdir”.
218 Baxış
219700cookie-checkBakıda doqquzuncu sinif şagirdi intihar edib? – İDDİA