Bakıda karantin postları yenidən qurulub

NURMEDİA.İNFO.AZ Trend-ə istinadən xəbər verir ki, səhər saatlarından paytaxtın bir neçə istiqamətində avtomobil yollarında avtomobillərin hərəkətinə nəzarət gücləndirilib. Karantin postlarında dövlət yol polisi əməkdaşları sürücü və sərnişinlərin icazə sənədlərini yoxlayır, evdən çıxmasına icazə verilməyən şəxslər postdan buraxılmır.

Səhər saatlarından həmçinin şəhər ərazisində dayanacaqlarda, iri marketlərdə və küçələrdə də piyadaların hərəkətinə nəzarət gücləndirilib. Avtomobil yolları və küçələrdə nəzarət şənbə və bazar günləri də olacağı bildirilir.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, zərurət yaranacağı təqdirdə sərt karantin elan olunan ərazilərdə şənbə və bazar günlərində yenidən karantin postları bərpa ediləcək:

“Əgər zərurət yaranarsa, həmin postlar yenidən qurulacaq. Əgər zərurət olmazsa sadəcə marşrut postlarının fəaliyyəti kifayət edəcək. Bütün bunlar əhalinin təhlükəsizliyini təmin etmək, onların zərurət olmadığı halda evdən çıxmaması və COVID-19 virusunun yayılmasının qarşısını almaq üçün atılan addımlardır. Əhali özünü qorumalı, virusun yayılmasının qarşısı alınmalıdır”.

49 Baxış
19450cookie-checkBakıda karantin postları yenidən qurulub
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Qubaya əsgər meyiti gətirildi, kənd qarışdı – VİDEO

C İyl 10 , 2020
Sosial şəbəkələrdə Quba rayonunun Üçgün kəndində çəkilmiş və Dövlət Sərhəd Xidməti əməkdaşları ilə kənd sakinləri arasında mübahisənin görüntüləri yayılıb. Yeniavaz.com xəbər verir ki, mübahisəyə səbəbin kənd sakini və DSX-nin əsgəri Fərdi adlı gəncin ölümü olduğu iddia edilir. Bildirilir ki, meyiti gətirən rəsmilər onu birbaşa qəbristanlığa aparılaraq dəfn etmək istəyiblər. Əsgərin […]