Azərbaycan feminist hərəkatı martın 8-də keçiriləcəyi yürüş üçün şüarları açıqlayıblar.

Oxu24.com   xəbər verir ki, sosial şəbəkədə paylaşılan şüarların bəziləri birmənalı qarşılanmayıb.

Şüarın tənqid olunmasına yürüşün təşəbbüskarlarından olan Vəfa Nağı açıqlama verib.

“Bir şüar yazmışıq, hara baxıram, bir status yazılıb, həyatlarında heç nəyə fikir bildirməyən kişilər tökülüb şərh yazır. Heç seçki saxtalaşdırılanda belə aktiv deyildiz”,-deyə Vəfa Nağı bildirib.

“8 MARŞ – Bizimdir Hürr Küçələr” adlı yürüşün təşkilatçıları bu tədbiri keçirməkdə məqsədləri cəmiyyəti patriarxatdan azad etmək və səslərini duyurmaq naminə birləşmək olduğu bildirilir: “Yürüşün məqsədləri çoxsaylı qadın qətllərinə, erkən nikahlara, uşaq istismarına, gender əsaslı zorakılığa etiraz etmək, insanları kişi hakimiyyətinə qarşı səfərbər etməkdir”.


754 Baxış
10300cookie-checkBakıda qızlardan biabırçı aksiya: Məmələrə azadlıq…+FOTOLAR
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir