Paytaxtın məktəbəqədər tərbiyə müəəssisələrinə uşaqların qəbulunda şəffaflığın təmin edilməsi ilə bağlı ölkə başçısının verdiyi tağşırıqların icrası ilə əlaqədar uşaq bağçalarına uşaqların qəbuluna dair elektron xidmətin yaradılması işləri başa çatıb.

Bakı Şəhər İcra Hakimiyyətindən BiG.AZ-a verilən məlumata görə, valideynlər evdən çıxmayaraq, innovasion əlavənin köməyi ilə bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edərək öz övladını paytaxtın uşaq bağçalarından birinə qeydiyyata ala bilərlər.

Burada pilot layihə kimi Nizami rayonu seçilib. On gün ərzində personalın hazırlanması və öyrədilməsi ilə bağlı uşaq bağçalarında treninqlər keçiriləcək, bundan sonra isə qəbulun başlanması barədə elan veriləcəkdir. Bu sistem mərhələli şəkildə Bakı şəhərinin bütün rayonlarında tətbiq ediləcəkdir.

Hazırki layihənin ikinci mərhələsində istifadəçinin “Elektron kabinetinin” yaradılması nəzərdə tutulub. Valideynlər buradan gündəlik menyu, həmçinin yemək və təlim-tərbiyə prossesi barədə foto-video hesabatları da əldə edə biləcəklər. Şəxsi “Elektron kabinet”in köməyi ilə valideynlərlə məktəbəqədər tərbiyə müəssisəsi arasında əlaqələr də sadələşəcəkdir. Arzu edənlər elektron formatda təkliflərini verə və müraciətin baxlıması prossesinə nəzarət edə bilərlər.

Əlavə olaraq Bakı Şəhər İcra Hakimiyyətindən bağçalarda təlim-tərbiyə prossesini əhatə edən yeni innovasion layihələr və yeniliklərin hazırlandığı da bildirilib.

200 manat Aksin fateh Alçeyda Avtobusda Azər enerji Ağcabədi bakida derhset BAKİDA OLUM BAS VERİB Bizim futbol Duet Futbol hadise hadisə idman iran Maqazin maraqlı milli xeber müəllim Nefes partlayış pentaqon portali Qarabağfk rauf eliyev rusiya Secki dairesi semra Seçki soyundu suleyman qasim Tecavuz telebe Terroçu turk model Təcavüz VİSKİ xeber Xəbər zorlama ZƏHƏRLƏNMƏ İşid İşıq idarəsi Şamaxı

405 Baxış
8340cookie-checkBakıda uşaq bağçalarına elektron qəbula başlanılır – YENİLİK
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir