Bakının bu ərazisində koronavirus sürətlə yayıldı – Nəzarətə alındı

Hafiz

Biz artıq infeksiyanın epidemiyasını nəzarət altına almışıq.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O bildirib ki, son günlər ən çox yoluxma halı Bakının Nəsimi rayonunda baş verib.

“Birinci mərhələdə xəstəlik pərakəndə şəkildə yayılırdı, hər tərəfdə yoluxma müşahidə edirdik. Tətbiq olunan karantin rejimi və aparılan əks epidemik tədbirlər, testi pozitiv çıxan şəxslərlə təmasda olanların aşkarlanması ilə bu məhdudlaşdırıldı.

İndi isə iş yerləri açıldıqca sporadik hallara rast gəlinir. Bu da həmin iş yerlərində yaxın təmasda olanların sosial məsafə gözləməməsi və fərdi qoruyucu vasitələrdən istifadə etməməsi, başqa sözlə desək, məsuliyyətsizliklə əlaqədardır”./milli.az

178 Baxış
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Əməkdar artist üsyan etdi. "Hər bir yaxşılıq cəzalandırılmalıdır"


“Kamil Zeynallı bu qədər xeyriyyə işləri gördü, kasıblara, imkansızlara yardımlar etdi, sonda onu həbs etdilər. Bu nə dərəcədə düzgün addımdır?”


NurMedia xəbər verir ki, bu sözləri Oxu.Az-ın əməkdaşı ilə söhbətində Əməkdar artist Lalə Məmmədova deyib. 
Məşhur idmançı K.Zeynallının həbsini eşidən sənətçi əsəbləşib, üsyan etdi
“O, Azərbaycanın xoşməramlı insanıdır. İnanın, bu xəbəri eşidəndə çox pis oldum. Rus yazıçısı Lev Tolstoyun bir sözü var: “Hər bir yaxşılıq cəzalandırılmalıdır”. Həmin sözləri Kamilin timsalında xatırladım. Bu insan nəyin cəzasını çəkir?
O qədər insanlara əl tutdu. İnana bilmirəm ki, Kamil ciddi qayda pozuntusuna yol verib. Əgər qaydaları pozubsa da, özünə görə deyil, imkansızlara yardım etmək üçün pozub.
Qayda-qanun hamımız üçündür. Əgər mən qaydanı pozuramsa, minlərlə insana ziyan gətirə bilərəm. Bunu anlayıram. Amma Kamilin qayda pozması nə qədər insanı sevindirməsinə səbəb oldu. Çox istəyirəm ki, bu məsələ dərindən araşdırılsın və Kamil tezliklə azadlığa buraxılsın.
Tək Kamil deyil, Tarix Əliyev, Rəqsanə İsmayılova kimi bir çox sənət yoldaşlarım bu çətin zamanda yardımlar etdilər, hələ də buna davam edirlər. Bu yaxşılıqları unutmaq olmaz”.
L.Məmmədova müğənniləri varlı bilib, gözümçıxdıya salan izləyicilərə səslənib, bu çətin dövrdə məhz sənətçilərin imkansızlara əl tutduğunu bildirdi:
“Müğənnilər xalqdan qazandıqlarını elə xalqa payladılar. Bunun adı budur. Xalqın çörəyini yeyən sənətçilər imkansız təbəqəyə əl tutdular. Hamımız, kimin gücü nəyə çatırsa, yardım etdi. Onların bu addımları ilə qürür duydum.
Heç kimin heç kimə borcu yoxdur. Sənətçi əziyyət çəkir, pul qazanır. Heç kimin cibinə girib, oğurluq etmir. Bu, çox yanlış fikirdir. Belə sözlər deyib, yardım edənləri peşman etməyin”.

178 Baxış
Paylaş