Barmaqları şaqqıldatmaq bu xəstəliyə səbəb olurmuş
Barmaq oynaqlarını, boyunu (boyun fəqərələrini) tez-tez hərəkət etdirənlər, şaqqıldadanlar, boyunda “qulunc qıranlar” və bununla rahatlıq tapanlar yetərincə çoxdur. Bu vərdiş gün ərzində dəfələrlə təkrarlanır.

Çoxları bunun zərərsiz vərdiş olduğunu düşünür. Bu hərəkətəri etməklə psixoloji olaraq rahatlanırlar. Amma bu, heç də düşünüldüyü kimi zərərsiz vərdiş deyil, ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Həkimlər, bu vərdişlərin oynaqların sağlamlığına mənfi təsir etdiyini deyirlər. Boynunu həddindən artıq hərəkət etdirmək oynaqların tez bir zamanda yararsız hala gəlməsinə səbəb olur.

loading…

Məsələn, belə insanlarda artroz 50 yaşdan inkişaf edə bilər, əslində isə bu problem daha çox 70 yaşdan sonra yaranır.

Bəs bu vərdişlərdən necə qurtulmaq olar?

Mütəxəssislər bunun ən təsirli yolunun masaj olduğunu düşünürlər. Masaj əzələ gərginliyini aradan qaldırır. Amma bu vərdişdən heç cürə yaxa qurtara bilməyəndə psixiatrla məsləhətləşmək tövsiyə ounur, çünki bu hal çox güman ki, nevrozdan qaynaqlanır.

658 Baxış
8860cookie-checkBarmaqları şaqqıldatmaq bu xəstəliyə səbəb olurmuş
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir