
Əkizlərin doğulması olduqca nadir hadisədir. Tədqiqatlara görə, hər 1000 uşaqdan cəmi 8 cütü əkiz doğulur.
BiG.AZ-ın slonn.me-yə istinadən verdiyi xəbərə görə, bu körpələrin əksəriyyəti Afrikada doğulur.
Asiya ölkələrində isə bu rəqəm daha azdır. Lakin Hindistanın Kerala ştatında “Əkizlər kəndi” adlanan qeyri-adi qəsəbə var.

Kodinhi adlı bu yerdə 1000 nəfərdən 45 cütü əkiz doğulur.
Alimlər uzun illərdir ki, bu kəndi və yerli sakinləri araşdırır, lakin bu qədər əkizin doğulmasının səbəbini tapa bilmirlər.

Hazırda qəsəbədə 220 cüt əkiz var, 3 ailədə isə hətta üçəmlər doğulub.

Qəsəbədə cəmi 2000 ailə yaşayır. Burada ilk əkizlər 1949-cu ildə doğulub. O vaxtdan Kodinhidə mütəmadi olaraq əkizlər dünyaya gəlir.

Yaşlıların sözlərinə əsasən, əkizlərin kəskin artımı ötən əsrin 60-70-ci illərinə təsadüf edir.

Ümumilkdə isə, Hindistanda, bütün Asiya ölkələrində olduğu kimi, əkizlərin sayı nisbətən azdır. Məhz Kodinhi qəsəbəsində bu rəqəmlərin dəfələrlə yüksək olmasınən səbəbi hələ də sirr olaraq qalır.
