Azərbaycan xanımları belə azad  qadınlardan nümunə götürməlidir, pozğun şüarlarla feminizmi -fahişəliyin leqallaşdırılmasını təbliğ edən məxluqlardan yox…

Müsəlman qadın bir siyasətçi ABŞ-ın Şimali Karolina  ştatı tarixində yerli ilkin demokratik seçkiləri  qazanaraq tarixə düşüb. 

Nida Allam Şimali Karolinanın Darem şəhərinin idarə şurasında seçkili bir vəzifəni tutan ilk müsəlman qadın olub.
Moderator.az xəbər verir ki,  bu haqda “CNN” məlumat yayıb. 
Xəbərdə deyilir ki, ABŞ Demokrat Partiyasının üzvü kimi hicab geyinən Nida ötən həftə daha 4 namizədlə birlikdə yerli praymerizdə  qalib gəlib.
“Darem sakinləri, siz məni Şimali Karolina əyalətinə xidmət edəcək ilk müsəlman qadın kimi seçərək tarixi bir qərar verdiniz. Etibarınıza və dəstəyinizə görə minnətdarlığımı ifadə etməkdə çətinlik çəkirəm…” -deyə Allam özü sosial şəbəkələrdə yazıb. 

Amerika-İslam Münasibətləri Şurası (“CAIR”) bir müsəlman xanım siyasətçinin qələbəsini alqışlayıb və ona uğurlar arzulayıb. 
“Başqalarının bu görünməz səddi keçə bilmədiyi yerdə o, uğur qazana bildi” –deyə  hüquq müdafiə təşkilatının nümayəndələri vurğulayıb.
P.S. Azərbaycan xanımları belə azad  qadınlardan nümunə götürməlidir, pozğun, əxlaqsız şüarlarla küçələrə çıxan, Peyğəmbərimizin(s) xanımının adına ləkə gətirərək feminizmi- fahişəliyin leqallaşdırılmasını təbliğ edən saxta “demokrat” məxluqlardan yox…

489 Baxış
10610cookie-checkBu müsəlman xanım Şimali Karolinada bir ilkə imza atdı…- FOTOLAR
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir