NurMedia.İnfo.Az

NurMedia.İnfo.Az

Xəbər portalı

NurMedia.İnfo.Az
  • Son xəbər
  • Gündəm
  • HADİSƏ
  • İSLAM
  • CƏMİYYƏT
  • Dünya
  • MAQAZİN
  • NurMedia WEB TV
  • Maraqlı
  • İdman
  • REKLAM

Bu vitamini çatışmayan şəxslər koronavirusu AĞIR KEÇİRƏCƏK – NƏ EDƏK?

  • CƏMİYYƏT
  • Karona virus xəbərləri

Dünyanı aciz duruma salan COVİD-19 infeksiyasına qarşı Azərbaycanda da dövlət səviyyəsində müxtəlif tədbirlər görülməsinə baxmayaraq rəqəmlər göstərir ki, virusa yoluxanların sayı durmadan artır. Virusun varlığına inanmayanların hələ də olması bir dərd, bu virusdan dünyasını dəyişənlərin sayının artması da başqa bir dərddir. Özündə COVİD-19 virusunun əlamətlərini hiss edən şəxs ev şəratində nə etməlidir? Bu suala cavab tapmaq məqsədilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidovla əlaqə saxladıq. NurMedia.info.az xəbər verir ki, Şöbə müdiri koronavirusun simptomlarını özündə hiss edən şəxslərin ev şəraitində mülicə üsulu və istifadə edilən dərmanlarla bağlı Milli.Az-a danışıb: “COVİD-19 deyəndə insanlarımız çox spesifikləşir. Yuxarı tənəffüs və ya aşağı tənəffüs yolları infeksiyalarına xas olan əlamətlər, yəni burunaxma, yüksək hərarət, təngnəfəslik, quru və bəlğəmli öskürək, başağrısı (Adamda tez-tez başağrısı olursa o mütləq deyil ki, infeksiya əlaməti olsun – red), əzələ ağrıları, dad bilmə, qoxu bilmənin itməsi. Bu cür əlamətlər olarsa, insan özündən şübhələnərsə mütləq şəkildə həmin an özünü başqa bir otaqda təcrid etməlidir, maska taxmalıdır, hamıya xəbər etməlidir ki, məndə ola bilsin ki, koronavirus əlaməti var. Dərhal 103 və ya 1542 nömrəsinə zəng etməlidir. Test etdirməli, cavabı çıxana qədər həkimlə məsləhətləşməlidir. Əgər müayinəsində tibbi briqadanı narahat edən məqamlar olarsa, xəstə yüksək risk qrupuna aid olarsa, yəni yaşı 65-dən yuxarı, yanaşı böyrək, ürək və digər xəstəlikləri varsa, tənəffüsündə darlıq daha çoxdursa, hərarəti neçə gündür davam edirsə, hərarət onu tam üzübdürsə və digər belə narahatedici simptomlar varsa onu dərhal xəstəxanaya aparacaqlar. Onun evdə qalmağı düzgün deyil. Amma simptomlardan sadəcə temperaturu varsa, temperaturu 37,8, 38, 38-dən yuxarıdırsa, həb qəbul edib temperaturu ona qədər düşübsə, başqa heç bir simptomları yoxdursa və yaxud yüngül baş ağrısı, yüngül dərəcəli ümumi bədən əzələ ağrıları varsa, tənəffüsündə darlıq yoxdursa mütləq şəkildə test nəticələri çıxana qədər maskada oturmalıdır, evdə özünü təcrid etməlidir. Evdə olan bütün hər kəs ondan aralı gəzməlidir, başqa otaqda olmalıdırlar. Onun otağına girib-çıxanda maska taxmalı, əllərin gigiyenasına riayət etməlidirlər. Və paralel olaraq həmin adam simptomların idarə olunması üçün dərmanlardan istifadə edə bilər. Temperatur yüksəkdirə temperaturu aşağı salan dərmanlardan istifadə oluna bilər. Əgər başağrıları varsa, əvvəllər başağrılarına hansı dərman kömək edirdisə o dərmandan istifadə edə bilər. Nəfəsində yüngül çətinlik varsa, otağının havasını tez-tez dəyişdirməlidir. Həkim məsləhət bilərsə “inqalyator” verə bilər ki, evdə “inqalyator”dan istifadə etsin. Heç bir tədqiqatlarda koronavirus xəstələrində, yuxarı tənəffüs yollarının viruslu infeksiyalarında hər hansı əlavə dərman preparatlarının faydası 100% sübuta yetirilməyib. Amma ümumi müşahidələr, elmi məlumatlara əsaslanaraq tibb işçilərimiz, həkimlərimiz pasiyentlərə əgər əks göstəriş yoxdursa vitamin “C”-ni çox aşağı dozalarda qəbul etməsini tövsiyə edə bilərlər və edirlər. Əks göstəriş yoxdursa vitamin “D”, kalsium, sonra sinq preparatları, misal üçün sinq-sulfat. Bu artıq vitamin deyil, mikroelementlərdir (Sinq-sulfat, kalsium). Vitamin kimi “C” və “D3”, bax bunları istifadə edilə bilər. Bunların əsas məqsədi immuniteti gücləndirmək, immuniteti dəstəkləmək, bədənin müqavimətini artırmaqdır. Tədqiqatlar göstərir ki, vitamin “D”-si aşağı olan vətəndaşlarda koronavirus infeksiyası daha ağır keçir”. Milli.Az-a açıqlamasında Sumqayıt Pandemiya Xəstəxanasının koordinatoru, infeksionist Vüsalə Yaşar da özündə koronavirus əlamətləri hiss edən insanlara məsləhət verib: “Dərhal özünü evdə bir otaqda təcrid etməlidir. Mütləq otaq tez-tez havalandırılmalıdır. Həmin şəxs və onla bəbarər bir evdə yaşayanlar hamısı tibbi maska taxmalıdır. Ev şəraitində müalicə üçün bu barədə sahə həkimlərinə protokol verilib. Xəstə sahə həkimi ilə danışana qədər bol maye içməlidir. Hətta sidiyin rəngi açıq rəngə boyanana qədər maye qəbul edilməlidir. Eyni zamanda “C” vitamini içməlidir, həb formasında ola bilər. Sinq tərkibli preparatların qəbul olunması tövsiyə olunur. Tənəffüs yolu ilə yayılan bir infeksiya olduğuna görə həmin şəxsin qablarında da o viruslar qala bilər. Qab-qacaq doğru şəkildə yuyulursa ayırmağa ehtiyac yoxdur”.

276 Baxış
185300cookie-checkBu vitamini çatışmayan şəxslər koronavirusu AĞIR KEÇİRƏCƏK – NƏ EDƏK?yes
loading...
Paylaş
24 İyun 2020 Hafiz

Post navigation

“Azərbaycanda koronavirus bu tarixdə mutasiyaya uğrayıb yoxa çıxmalıdır”-Professordan Vacib AÇIQLAMA → ← Çoxlu su için: koronadan qoruyur — Professor

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

loading...

Related Posts

Tərtərdə etiraz: Prezidentin ayırdığı pulları icra hakimiyyəti hara xərcləyir? – VİDEO

Ölkə rəhbərinin erməni terrorundan əziyyət çəkən  insanlar üçün ayırdığı pullar  aidiyyatı  üzrə  xərclənmir. Oxu24.com xəbər  verir  ki,  bu iddia  ilə  bir  qrup  Tərtər  rayon  sakinləri  çıxış  edib. Belə ki, rayonun Əskipara  […]

Şəhid adından dələduzluq edən şəxs axtarılır – VİDEO

İmişli rayon Bəhrəmtəpə qəsəbə sakini Orxan Şirinov vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə yollanıb, şəhidlik zirvəsinə yüksələn igidlərimizdən biridir. Bu gün Orxanın yasını tutan ailənin başı şəhidimizin adına yaraşmayan, bu […]

İtkin düşmüş 12 yaşlı qızın evdən getmə SƏBƏBİ BİLİNDİ: “Çörək almağa gedərkən…”

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda itkin düşən 12 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, 2008-ci il təvəllüdlü Ləman Şahbazova tapılaraq ailəsinə təhvil verilib. Onu […]

Erməni hərbçilər arasında dava – Əsgərlər Qarabağa getmək istəmirlər – VİDEO

Yerevanda yerləşən Vazgen Sarkisyan Hərbi İnstitutunun qarşısında erməni hərbçilər arasında toqquşma baş verib. PROPRESS-in məlumatına görə, gərginlik əsgərlərin bir qisminin Qarabağa getməkdən imtina etdiyi üçün yaranıb. https://bax.tv/xeberler/ermenistan-ordusundan-sok-video-yayildi-123343?utm_source=playerden&utm_medium=paylasim&utm_campaign=123343 129 Baxış Like224 […]

Recent Posts

Tərtərdə etiraz: Prezidentin ayırdığı pulları icra hakimiyyəti hara xərcləyir? – VİDEO

Tərtərdə etiraz: Prezidentin ayırdığı pulları icra hakimiyyəti hara xərcləyir? – VİDEO

Ölkə rəhbərinin erməni terrorundan əziyyət çəkən  insanlar üçün ayırdığı pullar  aidiyyatı  üzrə  xərclənmir. Oxu24.com xəbər  verir  ki,  bu iddia  ilə  bir  qrup  Tərtər  [...]

More Info
Şəhid adından dələduzluq edən şəxs axtarılır – VİDEO

Şəhid adından dələduzluq edən şəxs axtarılır – VİDEO

İmişli rayon Bəhrəmtəpə qəsəbə sakini Orxan Şirinov vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə yollanıb, şəhidlik zirvəsinə yüksələn igidlərimizdən biridir. Bu gün Orxanın yasını tutan [...]

More Info
Türkiyədən  SON DƏQİQƏ Qarabağ açıqlaması: Atəşkəs pozularsa… – VİDEO

Türkiyədən SON DƏQİQƏ Qarabağ açıqlaması: Atəşkəs pozularsa… – VİDEO

“Azərbaycanın müəyyənləşdirdiyi yerdə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzini qurmaq mərhələsindəyik. Bu mərkəzin başlıca məqsədi atəşkəsə nəzarət olacaq, eyni [...]

More Info
İtkin düşmüş 12 yaşlı qızın evdən getmə SƏBƏBİ BİLİNDİ: “Çörək almağa gedərkən…”

İtkin düşmüş 12 yaşlı qızın evdən getmə SƏBƏBİ BİLİNDİ: “Çörək almağa gedərkən…”

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda itkin düşən 12 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, 2008-ci il təvəllüdlü Ləman Şahbazova [...]

More Info
Powered by WordPress | theme SG Grid