Prezident İlham Əliyev Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir: 1. Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində […]

Nazirlər Kabineti Dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan vəsait ayrılması barədə qərar verib. NurMedia xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov sərəncam imzalayıb. Sərəncamla dərman vasitələrinin və tibbi ləvazimatların alınması üçün Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan 10 milyon manat məbləğində vəsait […]

Prezident İlham Əliyevin 27 fevral 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası” ölkəmizdə övladlığagötürmə sahəsində idarəetmənin müasir səviyyədə və innovativ əsaslarda təşkilinə, uşaqların yeni ailələrdə yaşaması və […]

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Nəsimi Rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinin rəisi vəzifəsinə polis mayoru Qara Abdullayev təyin edilib. Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a faktı təsdiqləyib. […]

Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Həməd Abdulla Xudeyri qəbul edib. Qonağı salamlayan nazir Səudiyyə Ərəbistanı Krallığının  beynəlxalq təşkilatlarda hər zaman Azərbaycanı dəstəklədiyini məmnunluqla qeyd edərək dövlətlərimizin  rəhbərləri arasında olan şəxsi dostluq münasibətlərinin, qarşılıqlı səfərlərin, yüksək səviyyədə imzalanmış sənədlərin əməkdaşlığın […]

Son günlər bəzi sosial şəbəkələr və ayrı-ayrı internet informasiya resurslarında Tovuz rayon sakini  azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı üzrə müxtəlif anonim informasiyalar yayılmışdır. Qeyd edilən faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində tam, hərtərəfli və obyektiv istintaq-əməliyyat tədbirləri davam etdirilməklə həmin informasiyalar öyrənilir və araşdırılması […]