Daha bir şəhidimizin nəşi tapıldı – FOTO

44 günülük Vətən müharibəsi dövründə itkin düşmüş Sabirabad rayonunun Poladtoğay kəndinin sakini Əhmədli Əhməd Anar oğlunun şəhid olması xəbəri gəlib.

NurMEDİA “oxu.az”a istinadla xəbər verir ki, bununla bağlı onun yaxınları sosial şəbəkələrdə paylaşım ediblər.

Bildirilib ki, şəhidlik zirvəzisinə ucalan Əhməd Əhmədlinin meyiti tapılıb və dəfn olunması üçün yaşadığı kəndə gətirilib.

Şəhidimiz sabah saat 12:00-da Sabirabad rayonunun Poladtoğay kəndində dəfn olunacaq.

66 Baxış
25030cookie-checkDaha bir şəhidimizin nəşi tapıldı – FOTO
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir