
İndoneziyalı Arya Perman 2016-cı ildə dünyanın ən kök uşağı elan olunmuşdu.
NURMEDİA-nın BiG.AZ a istinadən verdiyi xəbərə görə, o zaman 10 yaşı olan uşağın çəkisi 193 kiloqram idi.
Arya artıq güclə hərəkət edirdi. Özü oturub-dura bilmədiyi üçün həmyaşıdlarıyla oynamır, məktəbə getmirdi.


Vaxtının əksər hissəsini o, hovuzda keçirir, telefonla oynayır və yemək yeyirdi.

Lakin bir gün Arya arıqlamaq qərarına gəldi və 13 yaşında artıq ikiqat arıqlamışdı.

Həkimlər, diyetoloqlar və təlimçilər uşaqla məşğul olmağa başladılar və o, sağlam şəkildə arıqlamağa davam etdi.


Hazırda oğlanın çəkisi 83 kiloqramdır.

Sallaq dəri problemini də cərrahlar aradan qaldırıb.


Perman sağlam həyat tərzi sürür, badminton və futbol oynayır, günə 2 km qaçır.

Artıq məktəbə gedir və onun çoxlu dostları var.





