NurMedia.İnfo.Az

NurMedia.İnfo.Az

Xəbər portalı

NurMedia.İnfo.Az
  • Son xəbər
  • Gündəm
  • HADİSƏ
  • İSLAM
  • CƏMİYYƏT
  • Dünya
  • MAQAZİN
  • NurMedia WEB TV
  • Maraqlı
  • İdman
  • REKLAM

Emin Hacıyev: “Ermənistanın fəlakətdən qaçması mümkün deyil”

  • Gündəm
  • Son xəbər

Koronavirus pandemiyası qlobal iqtisadiyyatda dalğalanmalara səbəb oldu. Artıq aydındır ki, COVID-19-a görə yaranan resessiya 2008-2009-cu illərdəki maliyyə böhranının yaratdığı resessiyadan daha dərin olacaq. 2009-cu ildə 1.7%-lik azalma ilə müqayisədə 2020-ci ildə real qlobal ÜDM 2.8% aşağı düşəcək. Zəif, dayanıqsız, ehtiyatları məhdud olan ölkələr isə bu böhranın ağrılarını daha çox hiss edəcək. Məsələn, Ermənistan kimi ölkənin fəlakətdən qaçması mümkün deyil.

Nurmedia.İnfo.az bildirir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Emin Hacıyev deyib.

Millət vəkili qeyd edib ki, xaricdən asılılıq, daxili resursların və istehsalın aşağı olması Ermənistanı indiki vəziyyətdə iflic edəcək:

“Çünki hazırkı vəziyyətdə dünya iqtisadiyyatında ciddi dalğalanma var və bu, Ermənistana böyük miqyasda təsir göstərəcək. Bildiyiniz kimi, pandemiya ilə əlaqədar martın 25-dən aprelin 30-dək Rusiyada qeyri-iş günləri elan edilib. Bütün ölkələrdə olduğu kimi, Rusiyada da əmək fəaliyyətində ciddi məhdudiyyətlər olduğuna görə, 2020-ci ildə Ermənistana köçürmələrin həcmi 2019-cu illə müqayisədə xeyli aşağı olacaq. Məlumdur ki, yüz minlərlə erməni miqrant işləmək üçün Rusiyaya üz tutub, – 2019-cu ildə onların sayı, təxminən 3 dəfə artıb, – indiki halda onlar işsiz qalıb və öz evlərinə pul göndərmək imkanında da deyillər. Bu isə Ermənistan üçün iflic olmaq deməkdir, əhalinin ciddi sosial problemlərlə üzləşməsi deməkdir. Ötən il təkcə rəsmi qaydada, banklar vasitəsilə Rusiyadan Ermənistana pul köçürmələrinin həcmi 2 milyard dollara yaxın olub”.

Deputat vurğulayıb ki, 2015-ci ildə bu rəqəm 1 milyarddan bir az artıq olub:

“Ermənistanın dövlət büdcəsi cəmi 6 milyarddan bir qədər artıqdır. Bu rəqəm özlüyündə ölkənin Rusiyadan, orada işləyən miqrantlardan nə qədər asılı olduğunu aydın ifadə edir. Ermənistan hakimiyyəti infeksiyanın qarşısının alınması tədbirlərində gecikdi. Nəticədə, bu ölkədə epidemiya böyük sürətlə yayılır. Üstəlik, iqtisadiyyatın seytnota düşmüş indiki durumunda hakimiyyətin müdaxilə imkanları, hansısa anti-böhran tədbirləri həyata keçirmək rıçaqları məhduddur. Çünki ölkənin ehtiyatları hansısa kompensasiya proqramlarının həyata keçirilməsinə imkan vermir. Belə halda, bu ölkədə onsuz da mövcud olan sosial problemlərin pik həddə çatacağı, siyasi kataklizmlərə çevriləcəyi qaçılmazdır”.

E.Hacıyev qeyd edib ki, Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” də Ermənistan hakimiyyətinin öz xalqını düşünmədiyini ifadə edir:

“Dünyada bir neçə ölkədə də seçkilər nəzərdə tutulurdu, o cümlədən Rusiyada referendum keçirilməli idi, amma məlum pandemiyaya görə, təbii olaraq, təxirə salındı. Ermənistan rəhbərliyini isə heç bir xarici dövlətin, beynəlxalq təşkilatın tanımadığı və yalnız separatizmin güclənməsinə yönəlik “seçki” keçirməsi öz xalqını təhlükəyə atması, o cümlədən bəşəriyyətin bu bəlaya qarşı birləşdiyi bir dönəmdə yalnız öz maraqları, destruktiv ambisiyalarını təmin etmək marağının ifadəsidir”.

389 Baxış
138200cookie-checkEmin Hacıyev: “Ermənistanın fəlakətdən qaçması mümkün deyil”yes
loading...
Paylaş
07 Aprel 2020 Hafiz

Post navigation

“Karantin zamanı tez-tez cinsi əlaqədə olun” – Həkim məsləhəti → ← Məşğulluq Mərkəzləri tərəfindən vətəndaşların qəbulu dayandırılıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

loading...

Related Posts

Tərtərdə etiraz: Prezidentin ayırdığı pulları icra hakimiyyəti hara xərcləyir? – VİDEO

Ölkə rəhbərinin erməni terrorundan əziyyət çəkən  insanlar üçün ayırdığı pullar  aidiyyatı  üzrə  xərclənmir. Oxu24.com xəbər  verir  ki,  bu iddia  ilə  bir  qrup  Tərtər  rayon  sakinləri  çıxış  edib. Belə ki, rayonun Əskipara  […]

Şəhid adından dələduzluq edən şəxs axtarılır – VİDEO

İmişli rayon Bəhrəmtəpə qəsəbə sakini Orxan Şirinov vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə yollanıb, şəhidlik zirvəsinə yüksələn igidlərimizdən biridir. Bu gün Orxanın yasını tutan ailənin başı şəhidimizin adına yaraşmayan, bu […]

Türkiyədən SON DƏQİQƏ Qarabağ açıqlaması: Atəşkəs pozularsa… – VİDEO

“Azərbaycanın müəyyənləşdirdiyi yerdə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzini qurmaq mərhələsindəyik. Bu mərkəzin başlıca məqsədi atəşkəsə nəzarət olacaq, eyni zamanda, atəşkəs pozuntusu varsa, bununla bağlı tədbirlər görəcək”. Oxu24.com  […]

İtkin düşmüş 12 yaşlı qızın evdən getmə SƏBƏBİ BİLİNDİ: “Çörək almağa gedərkən…”

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda itkin düşən 12 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, 2008-ci il təvəllüdlü Ləman Şahbazova tapılaraq ailəsinə təhvil verilib. Onu […]

Recent Posts

Tərtərdə etiraz: Prezidentin ayırdığı pulları icra hakimiyyəti hara xərcləyir? – VİDEO

Tərtərdə etiraz: Prezidentin ayırdığı pulları icra hakimiyyəti hara xərcləyir? – VİDEO

Ölkə rəhbərinin erməni terrorundan əziyyət çəkən  insanlar üçün ayırdığı pullar  aidiyyatı  üzrə  xərclənmir. Oxu24.com xəbər  verir  ki,  bu iddia  ilə  bir  qrup  Tərtər  [...]

More Info
Şəhid adından dələduzluq edən şəxs axtarılır – VİDEO

Şəhid adından dələduzluq edən şəxs axtarılır – VİDEO

İmişli rayon Bəhrəmtəpə qəsəbə sakini Orxan Şirinov vətən müharibəsi zamanı könüllü olaraq döyüşlərə yollanıb, şəhidlik zirvəsinə yüksələn igidlərimizdən biridir. Bu gün Orxanın yasını tutan [...]

More Info
Türkiyədən  SON DƏQİQƏ Qarabağ açıqlaması: Atəşkəs pozularsa… – VİDEO

Türkiyədən SON DƏQİQƏ Qarabağ açıqlaması: Atəşkəs pozularsa… – VİDEO

“Azərbaycanın müəyyənləşdirdiyi yerdə Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzini qurmaq mərhələsindəyik. Bu mərkəzin başlıca məqsədi atəşkəsə nəzarət olacaq, eyni [...]

More Info
İtkin düşmüş 12 yaşlı qızın evdən getmə SƏBƏBİ BİLİNDİ: “Çörək almağa gedərkən…”

İtkin düşmüş 12 yaşlı qızın evdən getmə SƏBƏBİ BİLİNDİ: “Çörək almağa gedərkən…”

Xəbər verdiyimiz kimi, Bakının Sabunçu rayonunda itkin düşən 12 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, 2008-ci il təvəllüdlü Ləman Şahbazova [...]

More Info
Powered by WordPress | theme SG Grid