Nurmedia.info.azReport”a istinadən xəbər verir ki, bu barədə mənbələr bildirir.

Belə ki, cari ilin iyulun 30-da Türkiyə Böyük Millət Məclisində “İnternet mühitindəki yayınların tənzimlənməsi və bu yayınlar vasitəsilə işlənən cinayətlərlə mübarizə haqqında” qanuna ediən dəyişikliyə görə ölkədə 1 milyondan artıq istifadəçisi olan sosial şəbəkələr yerli nümayəndəlik açmalı, habelə türkiyəli istifadəçilərinin şəxsi məlumatlarını yerli serverlərdə saxlamalıdır. Həmçinin müvafiq tələb olduğu təqdirdə hər hansı paylaşım 48 saat ərzində silinməlidir. Bu və digər qaydalar şəxsi həyatın, şərəf və ləyaqətin müdafiəsi zərurətilə əsaslandırılır. Mənbələrə görə, “Facebook” həmin tələbləri qəbul etmədiyini bu günlərdə Türkiyə hökumətinə bildirib.

Qeyd olunur ki, mövcud qanunlara əməl etmədiyi halda, “Facebook” 5 milyon ABŞ dolları məbləğində cərimələnə, şəbəkənin trafiki ölkə ərazisində 90 faiz ixtisar oluna, həmçinin reklamla bağlı da məhdudiyyətlərlə üzləşə bilər.

99 Baxış
22540cookie-check“Facebook” bu yaxınlarda Türkiyədə qüvvəyə minmiş və xarici sosial şəbəkələrlə bağlı müəyyən məhdudiyyətlər nəzərdə tutan qanuna riayət emək niyyətində deyil.
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir