Flora Kərimova Kamil Zeynallıdan yazdı: “Bu əmələ nə kor olmaq olar, nə də lal!

Hafiz

Nərimanov Rayon Məhkəməsi Kamil Zeynallının 10 sutka həbsinə qərar verib. Düşündünüzmü, bu addımı atanda siz neylədiniz? Bu əməlinizlə bir daha məhkəmələrə, hakimiyyətə, dövlət başçısına olan inamı kölgə altına aldınız! “Karantin qaydalarını pozub” – tutaq ki, pozub. Nəyə görə pozduğunu olmaya bilmirsiniz?! Həyatını riskə atıb, balasını, ailəsini evdə qoyub günü-güzəranı ac insanların yardımına gedib. Görəsən, kimin yolunu kəsirdi, kimin “nüfuzunu” üstələyirdi ki, bu SİFARİŞƏ QOL QOYULDU? Kamil, bəlkə də, çoxlarına ayna idi. Əgər siz eybəcərsinizsə, aynanı sındırmağınız sadəcə acizliyinizdir.

Heç içiniz sızlamadı, o balasına deyəndə ki, “atan Turkiyəyə gedir, 10 günə qayıdacaq?!” Budur sizin ədalətiniz?! Torpaq qaçmadı ayağınızın altından? Niyə Kamil kimi oğlun bioqrafiyasında MƏHKUMLUQ ləkəsi olmalıdır? Başqa qərar tapa bilmədiniz? Kimə dərs keçdiniz bu əməlinizlə? Siz tək onun anasını, xanımını, bir qız övladını gözüyaşlı qoymadınız. İmdadlarına qaçdığı körpələri gözüyaşlı, ayaqyalın, ac qoydunuz! Yüzlərlə gözü yolda qalan ailələrin ümüdünü puç etdiyinizi, bilmədinizmi? KAMİLİN KİŞİLİYİNİ özünə örnək bilənləri də onunla birgə həbs etdiyinizi, bilmədinizmi? Siz bu əməlinizlə birbaşa DÖVLƏTÇİLİYƏ, DÖVLƏT BAŞÇISININXANIMININ xalqa müraciətində yardım edənlərə təşəkkürünə üz çevirmədinizmi?

Kişilik mərdlikdir, mərdanəlikdir. Kişilik dönməzlikdir. Kişilik VİCDANLI OLMAQDIR! Təəssüf ki, belə situasiyada bu sütunlar əriyir!
Bilirsiz, məni ən çox üzən nədir? Kamilin tutulmağı deyil. Kamil KİŞİ kimi girdi o türməyə, kişi kimi də çıxacaq. Kamil oraya bir girdisə, yüz çıxacaq. Ancaq siz bu əməlinizlə Kamilin yolunu getmək istəyənlərə qorxaqlığı, çəkingənliyi, balağaltından çıxmamağı aşıladınız! 80 yaşın içindəyəm. Qadınlığımla kimdənsə nə qorxacağım, nə də umacağım var! Amma görürərəm bu yaşımda məni VƏTƏNDAŞ kimi utandırmağı bacardı.”


Sözlərini özünün instagram hesabinda qeyd edib.

69 Baxış
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Next Post

Məşhur aparıcı yataqdan görüntülərini yaydı - VİDEO

Tanınmış aparıcı Kəmalə Piriyeva sosial mediadakı paylaşımı ilə diqqət çəkib.

Aparıcı instaqram hesabında yataqdan görüntülərini paylaşıb. Onun görüntüləri marağa səbəb olub.

Sözügedən videonu təqdim edirik:

Samirə Qasımova
BiG.AZ
Xəbəriniz varsa Whatsapp: 077 7125666

Azərbaycanlı aparıcı: Kişi kişi ilə sevişir, kimə ərə gedim? 

Almaz Ələsgərli sənətini dəyişib? 

Məşhur serial 2020-ci ildə ekranlara qayıdacaq

69 Baxış
Paylaş