Futbol tarixinin ən yaxşıları açıqlandı

Fransanın “France Football” nəşri futbol tarixinin ən yaxşıları ilə bağlı səsvermənin nəticələrini açıqlayıb.

Qol.az xəbər verir ki, Lionel Messi (Argentina, “Barselona”) ən yaxşı sağ cinah hücumçusu, Ronaldo (Braziliya millisinin sabiq üzvü) ən yaxşı mərkəz hücumçusu, Kriştiano Ronaldo (Portuqaliya, “Yuventus”) ən yaxşı sol cinah hücumçusu seçilib.

Kaku (Braziliya millisinin sabiq üzvü) ən yaxşı sağ cinah müdafiəçisi, Frans Bekkenbauer (Almaniya millisinin sabiq üzvü) ən yaxşı mərkəz müdafiəçisi, Paulo Maldini (İtaliya millisinin sabiq üzvü) ən yaxşı sol cinah müdafiəçisi adına layiq görülüb. Lev Yaşin (SSRİ yığmasının sabiq qolkiperi)  futbol tarixinin ən yaxşı qapıçısı seçilib.

Rəmzi dünya komandasında isə aşağıda adları qeyd olunan şəxslər yer alıb:

Lev Yaşin (SSRİ) – Paolo Maldini (İtaliya), Frans Bekkenbauer (Almaniya), Kafu (Braziliya) – Lottar Matteus (Almaniya), Xavi (İspaniya), Dieqo Maradona (Argentina), Pele (Braziliya) ) – Kriştiano Ronaldo (Portuqaliya), Ronaldo (Braziliya), Lionel Messi (Argentina)

Qeyd edək ki, qalibləri “Qızıl top” mükafatının səsverməsində iştirak edən 140 nəfər jurnalistdən ibarət münsiflər heyəti müəyyənləşdirib.

103 Baxış
24610cookie-checkFutbol tarixinin ən yaxşıları açıqlandı
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir