
OVID-19-un aşkarlanmasında 2 növ test mövcuddur: PZR testləri və COVID antitel testləri, yəni seroloji testlər. PZR testlərinin tətbiqi mövcud xəstəliyi aşkarlamaq üçün daha düzgündür. Seroloji testlər isə keçirilmiş xəstəliyin aşkarlanması üçün tətbiq olunur.
Bunu İnfeksiyon Xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssisi Nazxanım Qasımova deyib.
Nazxanım Qasımova bildirib ki, bu testlərin tətbiqində əsas məqsəd cəmiyyətdə xəstəliyi asimptomatik, simptomsuz şəkildə keçirənlərin sayını aşkarlamaqdır: “Çünki bir qrup insanlar heç bir simptom olmadan, yaxud minimal simptomlarla xəstəliyi keçirmiş ola bilərlər.
Orqanizmdə istənilən infeksiya ilə qarşılaşdıqdan sonra mütləq yaddaş hüceyrələri yaranır. Əgər insan COVID-19-a yoluxubsa, digər infeksiyalarda olduğu kimi ona qarşı yaranan IgG ömürlükdür və həmişə qanda aşkarlanacaq”.Teleqraf