Mehriban Əliyeva gəncləri təbrik etdi – FOTOBirinci vitse-prezidenti Mehriban Əliyeva “İnstagram”dakı rəsmi səhifəsində Azərbaycan gənclərini təbrik edib. AzFakt.com həmin təbrik mətnini olduğu kimi təqdim edir: “Əziz gənclər, Sizin hər birinizi Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Siz – ölkəmizin gələcəyisiniz. Mən əminəm ki, siz öz zəkanız, biliyiniz, bacarığınızla, qələbə və nailiyyətlərinizlə xalqımızı daim sevindirəcək və Azərbaycanın inkişafına layiqli töhfənizi verəcəksiniz. Bütün gənclərimizə möhkəm cansağlığı, tükənməz ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə, xoşbəxtlik və firavanlıq arzulayıram!”.

380 Baxış
4340cookie-checkMehriban Əliyeva gəncləri təbrik etdi – FOTO
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir