İyulun 13-dən 14-nə keçən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində şiddətli döyüşlər davam edib. İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilib. Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda döyüş və nəqliyyat texnikası, mühüm obyektləri məhv edilib.

Nurmedia.info.az -ın məlumatına görə, bu sözləri Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev iyulun 14-də jurnalistlərə müsahibəsində deyib.

Müdafiə nazirinin müavini Kərim Vəliyev bildirib ki, bu gün səhər saatlarında döyüş zamanı general-mayor Polad Həşimov ön xətdə qəhrəmancasına şəhid olub. Onunla bir yerdə polkovnik İlqar Mirzəyev də şəhid olub. Bu, onu göstərir ki, bizim generallar və yüksək rütbəli zabitlər əsgərlərin arxasında gizlənmirlər, döyüş tapşırıqlarını ləyaqətlə yerinə yetirirlər. Təəssüf ki, döyüşlər itkisiz olmur. Müdafiə Nazirliyinin rəhbərliyi adından şəhidlərimizə rəhmət, onların ailələrinə səbr diləyirik.

163 Baxış
19780cookie-checkGeneral-mayor və polkovnik şəhid olub – RƏSMİ
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir