Həbsxana filmlərini sevənlər üçün xüsusi siyahı hazırlamışıq. Burada müxtəlif hadisələr, qaçış planları cərəyan edir. Fərqlilik, xüsusilik filmlərin hər birində var.

Hər kateqoriyalı filmlərin xüsusi izləyiciləri olduğu kimi həbsxana filmləri kateqoriyasına aid olan filmləri də kifayət qədər çox izləyici kütləsi izləyir. Çox maraqlı çəkilmiş TOP 20 həbsxanadan qaçış filmləri siyahısını sizə təqdim edirik.

Həbsxana filmləri

20. Zəfərə qaçış / Victory (1981)

Zəfərə qaçış

Fransada olan əsir düşərgəsinin komandiri olan Karl von Stayner keçmiş futbolçu Con Kolbiyə məhbuslara qarşı alman əsgərlərinin yaradacağı komanda ilə oyun təşkil etməyi təklif edir. Almanlar matçda propoqanda etmək istəyirlər. Robert Hatç matç zamanı düşərgədən qaçmaq istəyir.

IMDb: 6.6

Treyler 

19. Qaçış planı / Escape Plan (2013)

Qaçış planı

Rey Breslin müxtəlif həbsxanalara gedib zəif yerləri tapan təhlükəsizlik mütəxəssisidir. Qaçış təcrübələrindən kitab yazıb. FTB agenti Breslinə çox etibarlı bir həbsxanadan qaçmasını təklif edir. Breslin təklifi qəbul edir. Ancaq bundan sonra baş verənlər olduqca maraqlıdır.

IMDb: 6.7

Treyler 

18. Fədailər qatarı / Von Ryan’s Express (1965)

Fədailər qatarı

ABŞ pilotu Jozef Rayanın təyyarəsi vurulur və o, əsir düşərgəsinə gedir. Düşərgədən qaçmaq əvəzinə orada yaşamağa çalışmasına görə “Von Rayan” ləqəbini qazanır. Lakin daha sonra qaçış planları hazırlayır. Qatar ələ keçirir. Nasistlər onu təqib edirlər.

IMDb: 7.1

Treyler 

17. Eşq uğruna / Pour elle (2008)

Eşq uğruna

Liza və Culyenin xoşbəxt evilikləri var, oğulları Oskarla birlikdə Fransada yaşayırlar. Bir gün həyatları tamam dəyişir. Polis günahsız yerə Lizanı saxlayır, 20 il həbs cəzası verir. Culyen arvadının günahsız olduğuna inanır və onu xilas etmək üçün səy göstərir. O, arvadını qurtarmaq üçün qəliz bir plan hazırlayır.

IMDb: 7.2

Treyler 

16. Şəfəq əməliyyatı / Rescue dawn (2006)

Şəfəq əməliyyatı

Amerikalı pilot Dayter Denqlerin Vyetnam müharibəsində təyyarəsi vurulur və o, əsir düşür. Əsir düşərgəsindən qaçmaq üçün plan quran Dayter hər növ təhlükəni nəzərə alır. Film real hekayədən çəkilib.

IMDb: 7.3

Treyler 

15. Azadlıq yolu / The Way Back (2010)

Azadlıq yolu

Əsirlər, həyatda qalmaq, yalnızlıq… Əsir düşərgəsindən qaçaraq qışın ortasında Sibirdən Hindistana 6000 km yol qət edən qrup… Başlarına pul qoyulan qrup ucsuz-buzaqsız düşləri, Himalay dağlarını keçməyə məcbur olurlar.

IMDb: 7.3

Treyler 

14. Qaçış planı / The Next Three Days (2010)

Qaçış planı - The Next Three Days

Xoşbəxt cütlük olan Con və Laranın həyatı cinayət hadisəsindən sonra dəyişir. Günahsız olduğunu sübut edə bilməyən Lara həbs edilir. Ancaq Con arvadının günahsız olduğuna inanır. Con oğluna baxır, müəllim işləyir. Əsas məqsədi isə Laranı azad etməkdir. Başqa çıxış yolu olmadıqda Con arvadını qaçırmaq qərarına gəlir.

IMDb: 7.4

Treyler 

13. Sobibordan qaçış / Escape from Sobibor (1987)

Sobibordan qaçış

Sobibor nasist Almaniyasının ölüm düşərgəsidir. Hər gün bir qatar yəhudi bura öldürülməyə gətirilir. Burada yaşayan bəzi yəhudilərsə digərlərini qarşılamaq, işləri görmək və başqa işləri həll etmək üçün saxlanılırlar. Onlardan qaçmaq istəyənləri var, bunun üçün plan qurmaq gərəkdir.

IMDb: 7.5

Treyler 

12. Alkatrazdan qaçış / Escape from Alcatraz (1979)

Alkatrazdan qaçış

Alkatrazdan qaçmağa çalışan 3 məhkum və bu planı mükəmməl hazırlayan bank soyğunçusu Morrisin…

IMDb: 7.6

Treyler 

11. Qaba güc / Brute Force (1947)

Qaba güc

Həbsxana rəisi A. Barns zəif, nüfussuz rəhbərdir. Cəza evi qardianlar və bəzi məhkumlar tərəfindən idarə olunur. Sadist və güclü qardian Mansi məhkumları nəzarətdə saxlamaq üçün şiddətə, işgəncəyə əl atır. Coy Collins isə qaçış planı hazırlayıb.

IMDb: 7.7

Treyler 

10. Monte Kristo kontu / The Count of Monte Cristo (2002)

Monte Kristo kontu

Edmond Dantes dənizçidir. Mersedeslə evlənmək ərəfəsindədir. Ancaq dostu Fernand da onun sevgilisə aşiq olur və bu, Edmondun həbsxanaya düşməsiylə nəticələnir. Fernand Mersedesi ələ keçirmək üçün planlar qurub. Dantesin bir hədəfi qalıb: buradan qaçmaq!

IMDb: 7.7

Treyler 

9. Qaçaq / The Fugitive (1993)

Qaçaq film

Məşhur cərrar Riçard Kimbl haqsız yerə arvadını öldürməkdə günahlandırılaraq həbsxanaya salınır. Bir olay sayəsində qaça bilən Kimbl arvadının əsl qatilini axtarır. Hadisələr mürəkkəbləşir, Kimbl qatili tapmaq üçün hər şey edie.

IMDb: 7.8

Treyler 

8. Kəpənək / Papillon (1973)

Kəpənək həbsxanadan qaçış filmi

II Dünya müharibəsi zamanı düşərgədə saxlanılan bir qrup əsir almanlar tərəfindən nəzarətdə saxlanılır. İngilis əsgər, xəndək qazan və məşhur oğrudan ibarət qrup qaçmağa can atırlar. Hər şey isə daha mürəkkəb və çətin görünür.

IMDb: 8.0

Treyler 

7. Müharibə əsirləri / La Grande Illusion (1937)

Müharibə əsirləri

Komandir De Boeldieu Mareçal ilə kəşf gəzintisinə çıxır. Bu zaman almanlara əsir düşürlər. Alman komandir Boeldieu ilə yemək yeyir və bu zaman onunla bir çox ortaq cəhətinin olduğunu anlayır. Ancaq heç nə dəyişmir. Əsirlər qaçmaq üçün plan qururlar və bu bu planda onların yeni dostları da iştirak edir.

IMDb: 8.1

Treyler 

6. Bir edam məhkumu qaçdı / Un condamné à mort s’est échappé ou Le vent souffle où il veu (1956)

Bir edam məhkumu qaçdı

Zabit Fonten Gestapo tərəfindən tutularaq Montluk qalasına salınır. O, buradan qaçmağı planlaşdırır. Almanlara işləyən Kost onunla eyni hücrədə qalır. Fonten qaçmaq üçün ya onu öldürməli, ya da ona güvənməlidir.

IMDb: 8.2

Treyler 

5. Barmaqlıqlar arasında / Cool Hand Luke (1967)

Barmaqlıqlar arasında

Qazi Lyuk Cekson iki illik həbsə məhkum olunur. Həbsxanada orada özünü rəhbər kimi göstərən Draqlinlə tanış olur. Bundan sonra hər şey dəyişir. Lyuk qaçmağı planlaşdırır.

IMDb: 8.2

Treyler 

4. Böyük qaçış / The Great Escape (1963)

Böyük qaçış

II Dünya müharibəsi zamanı düşərgədə saxlanılan bir qrup əsir alman əsgərlərinin təzyiqlərinə məruz qalır. Qaçmağın mümkünsüz olduğunu deyənlərin sözləri onların gözlərini qorxutmur. Ancaq təkcə qaçmaqla iş bitmir.

IMDb: 8.2

Treyler 

3. Gizli dünya / Room (2015)

Gizli dünya

Cek və anası qutu kimi otaqda yaşayırlar. Bu dar, qaranlıq otaq Cekin tanıdığı yeganə dünyadır. Televizor isə onun ən yaxşı dostudur. Bəs nə vaxtadək?

IMDb: 8.2

Treyler 

2. Deşik / Le trou (1960)

Deşik - Le trou

Arvadını öldürməkdə günahlandırılan və məhkəməni gözləyən Klaud Qaspard orada məhbusların qaçmaq planlarının olduğunu öyrənir. Bu plan getdikcə daha da güclənir və onu həyata keçirmək lazım olur.

IMDb: 8.5

Treyler 

1. Əsarətin bədəli / The Shawshank Redemption (1994)

Əsarətin bədəli

Endi Dafresne gənc və uğurlu bankirdir. Arvadını və onun sevgilisini öldürməkdə günahlandırılır və ömürlük azadlıqdan məhrum edilir. Şausank həbsxanasında işgəncə, təcavüz – hər cür olay yaşanır. Endi buna baxmayaraq müsbət düşünür. O, digər məhbusları da həbsxanada belə azad bir həyatın ola biləcəyinə inandırır.

IMDb: 9.3

Treyler 

BONUS: İldə bir gün (1971)

İldə bir gün

Rumelinin Bolqarıstan istilasına uğradığı günlərdə bir-birini dəlicəsinə sevən iki gəncdən bəhs olunur…

IMDb: 7.1

Treyler 

163 Baxış
17870cookie-checkHəbsxanadan qaçmaq məqsədilə müdhiş planların qurulduğu 20 film
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir