İsmayıllı rayonunun İvanovka kənd sakini bir qadın DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq ona məxsus evdən özünün olmadığı müddətdə qızıl-zinət əşyaları, pul və müxtəlif medalların oğurlanması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BiG.AZ-a verilən məlumata görə, müraciət aidiyyatı üzrə İsmayıllı RPŞ-yə yönləndirilib. Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus evdən 860 manat dəyərində qızıl-zinət əşyalarının, 124 manat pulun və müxtəlif medalların oğurlanması müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin həmkəndliləri 22 yaşlı Heydər Rezvanov və 24 yaşlı Nikolay Skokov saxlanılıb. Onlar törətdikləri cinayət əməlini etiraf ediblər, oğurladıqları qızıl-zinət əşyalarını Göyçay və İsmayıllı rayonlarında qızıl alqı-satqı məntəqələrinə satdıqlarını bildiriblər.

Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, onların digər cinayət əməllərində iştiraklarının olub-olmaması araşdırılır.

363 Baxış
7830cookie-checkHəmkəndlilərinin evindən oğurluq edən şəxslər saxlanıldılar
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir