
Prezident İlham Əliyevin çağırışına səs verən minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduqları yerli idarə, şöbə və bölmələrinə gedərək könüllü olaraq orduda xidmət etmək haqqında öz arzularını ifadə edir və müvafiq qaydada qeydiyyata alınırlar.
Nurmedia.info.az Big.az -a istinadən xəbər verir ki, idmançı Kamil Zeynallı və Hacı Nuran da səfərbərlik üçün qeydiyyatdan keçiblər. Kamil bu barədə instaqram hesabında video paylaşıb. O, videonu paylaşaraq: “Hacı Nuran və mən Qəbələ rayonunda Səfərbərlik Şöbəsindən qeydiyyatdan keçdikş İnsallah Ali Baş Komandan əmr versin canla-başla döyüşə hazırıq” sözlərini yazıb.
258 Baxış
200800cookie-checkHacı Nuran və Kamil Zeynallı da səfərbərlik üçün qeydiyyatdan keçdilər – VİDEO