İtaliya şokda! Dərman qurtardı,ölü sayı 6 mini keçdi +VİDEO

Dünyada koronavirus (COVİD-19) səbəbindən ölənlərin sayı 16 568-ə çatıb.

NurMedia bildirir ki, Oxu24.com -un  Anadolu Agentliyinə istinadən xəbərinə görə, bu barədə məlumat koronavirusla bağlı dünya üzrə statistikanı açıqlayan “Worldometer” saytında yerləşdirilib. 

Məlumatlara görə, yeni növ koronavirus səbəbindən ən çox ölüm halı İtaliyada qeydə alınıb. İtaliyada 6077 dünyasını dəyişib. İtaliyadan sonra ən çox ölüm sayı koronavirusun başlandığı Çində baş verib. Çində indiyə qədər koronavirusdan 3277 nəfər ölüb.  

Hazırda virusun ən geniş yayıldığı ölkələrdən biri isə İspaniyadır. Ölüm sayına görə üçüncü yerdə olan İspaniyada virusun qurbanlarının sayı 2311-ə çatıb. 

Virusun ən çox ölümə səbəb olduğu dördüncü ölkə isə İrandır. İranda indiyə qədər 1812 nəfər koronavirusdan dünyasını dəyişib. 

Saytın məlumatında dünya üzrə indiyədək koronavirusa 382 057 nəfərin yoluxuduğu, onlardan 102 501 nəfərin sağaldığı qeyd olunub. 

Rəqəmlərdən də göründüyü kimi İtaliyada vəziyyət daha gərgindir. İtaliyada dərman vasitələri bitdiyindən dövlət çıxılmaz vəziyyətdə qalıb.

Ətraflı reportajı təqdim edirik:


117 Baxış
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir