Astronomlar “Big Bang”dən bəri kainatdakı ən güclü enerji partlayışını qeydə alıblar. Bəzi mütəxəssislər əhəmiyyətinə görə bu kəşfi dinozavrların ilk sümüklərinin aşkarlanması ilə müqayisə edirlər.

BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə press-reliz “EurekAlert !”-də dərc olunub.

Belə ki, partlayış qalaktikanın mərkəzindəki nəhəng bir qara dəliyin yaxınlığında baş verib. Bu dəlik Yer kürəsindən 390 milyon işıq ili uzaqlığındakı “Ophiuchus” ulduzlar çoxluğunda yerləşir.

Kainatda ƏN GÜCLÜ partlayış qeydə alınıb - MÜHÜM KƏŞF

Partlayış nəticəsində yaranan enerji o qədər güclü olub ki, ulduz çoxluğunu əhatə edən plazmanın içərisində nəhəng bir boşluğun yaranmasına səbəb olub. Həmin boşluğa 15 “Süd yolu qalaktikası” sığa bilər.

Alimlər daha öncə də rentgen teleskopları vasitəsilə boşluğu müşahidə ediblər, lakin o zaman onlar fenomenin partlayış nəticəsində əmələ gəldiyini inkar edirdilər.

Bu fərziyyə radioteleskop və müxtəlif dalğa uzunluqlarını tutan digər vasitələrlə aparılan müşahidələr nəticəsində təsdiqlənib.

Belə güclü partlayışın səbəbi hələ məlum deyil.

Gələcəkdə 2048 əvəzinə 4096 MWA antenlərindən istifadə etməklə, daha ətraflı araşdırmalar aparılacaqdır.

340 Baxış
7860cookie-checkKainatda ƏN GÜCLÜ partlayış qeydə alınıb – MÜHÜM KƏŞF
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir