Yaponiya alimləri yoluxmuş bir səthdə ultrabənövşəyi radiasiyaya (dalğasının uzunluğu 10-400 Hm diapazon olan elektromaqnit şüaları-red) məruz qalmanın koronavirus hüceyrələrini öldürdüyünü sübut ediblər.

“Report” xəbər verir ki, Xirosima Universitetinin mütəxəssisləri tərəfindən aparılan araşdırma “American Journal of Infection Control” jurnalında dərc edilib.

Alimlərin araşdırması zamanı məlum olub ki, koronavirus hüceyrələrinin 99,7 faizi ultrabənövşəyi radiasiyaya məruz qalma nəticəsində ölür. Bu vəziyyətdə dalğanın uzunluğu 222 Hm olmalıdır, əks təqdirdə radiasiya dəriyə nüfuz etməyəcək və canlı hüceyrələri məhv etməyəcək.

Alimlərin fikrincə, bu kəşf xəstəxana binalarının dezinfeksiya edilməsini yaxşılaşdıra bilər.

125 Baxış
22150cookie-checkKoronavirus hüceyrələrini məhv etmək üsulu aşkarlandı
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir