Səudiyyə Ərəbistanında yerləşən ən böyük dini ziyarətgahlar – Kəbədə yerləşən əl-Haram və Mədinədə yerləşən Peyğəmbər Məscidi yenidən fəaliyyətini bərpa edib.

NURMEDİA Day.Az-a istinadən bildirir ki, bu məscidlər sürətlə yayılan koronavirus təhlükəsi səbəbindən müvəqqəti fəaliyyətini dayandırmışdı.

Xatırladaq ki, bir müddət öncə Səudiyyə Ərəbistanı hökuməti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə, eləcə də Ümrə ziyarətlərinin müvəqqəti dayandırılması barədə qərar qəbul edib.

Hazırda ziyarətgahlarda müvafiq sanitar işləri həyata keçirildikdən sonra məscidlərin fəaliyyətini bərpa etməsi qeyd edilsə də, konkret olaraq yenidən ziyarətçilərin qəbul edilməsi hələ dəqiq bildirilməyib.

Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 70-dən çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 90 mini, ölənlərin sayı isə 3 mini keçib.

522 Baxış
10480cookie-checkMəkkə və Mədinədəki müqəddəs ziyarətgahlar işini bərpa etdi
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir