16 yaşlı məktəbli qız onu intim fotoları ilə hədələyən keçmiş sevgilisinə ömürlük dərs verib.

“LifeShot” “Telegram” kanalının məlumatına görə, hadisə Rusiyanın paytaxtında yaşanıb.

Moskvalı Vika və Vlad təxminən doqquz ay görüşüblər, lakin sonradan cütlük ayrılıb. Oğlan öz sevgilisini geri qaytarmaq fikrinə düşüb. Bu səbəbdən, Vikanı əlində olan şəkilləri ilə şantaj etməyə başlayıb.

Hədələrə cavab olaraq, qız “söhbət eləmək” üçün Vladın evinə yollanıb. Bir az danışdıqdan sonra Vladdan su istəyib. Oğlan mətbəxə keçdikdə isə qız qapının ağzında gözləyən dostlarını mənzilə buraxıb. Onlar oğlanın ayağını travmatik silahla güllələyiblər, telefonundan şəkilləri siliblər və çıxıb gediblər.

Vladın atası polisə müraciət edib. Qız saxlanılıb. Hadisə ilə əlaqədar cinayət işinə başlanılıb.

Məktəbli qız onu intim fotosu il hədələyən keçmiş sevgilisinə "dərs verdi" - FOTO

225 Baxış
18260cookie-checkMəktəbli qız onu intim fotosu il hədələyən keçmiş sevgilisinə “dərs verdi” – FOTO
Paylaş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir